Ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) adından dələduzluq edilib.
ONN media xəbər verir ki, sosial şəbəkələrdə Arzum üçün guya yardım məqsədilə pul toplanıldığı ilə bağlı paylaşımlar yayılıb.
Bununla bağlı tiktokerin yaxınları açıqlama yayaraq, həmin məlumatların həqiqəti əks etdirmədiyini bildiriblər.
"Bəzi səhifələrdə Arzum üçün pul yığılır deyə paylaşımlar edilir. Bu məlumat doğru deyil. Heç kim bu paylaşımlara inanmasın və heç bir hesaba pul köçürməsin. Elə bir şey yoxdur, inanmayın!" - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
"Arzum 9999" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb
Arzumun adından dələduzluq edildi



SON DƏQİQƏ: Prezident əfv sərəncamı imzaladı
Prezidentdən ƏFV FƏRMANI -Adlar (Siyahı)
26 iyul Şəfiqə Axundovanın vəfat etdiyi gündür
"AZAL" NAXÇIVANIN TƏCRÜBƏSİNDƏN NİYƏ İSTİFADƏ ETMİR?- CAVİD İSMAYIL YAZIR
VƏTƏN UĞRUNDA BİR OLMAĞI BACARDIQ!-Cavid İSMAYIL yazır
Biz haqqın yanındayıq! - Cavid İSMAYIL yazır
Bu ərazilərimiz işğaldan azad edilib - TAM SİYAHI
Kadr və milli təhlükəsizlik – Cavid İSMAYIL yazır
Ziyalılarımızı “Otel otağı”nda itirməyək – Cavid İSMAYIL yazır
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
Qulağınız Narışkinlərdə deyil, Vətənin səsində olsun, yoldaş Abdullayev! - Cavid İSMAYIL yazır
6 yanvar Mikayıl Müşfiqin güllələndiyi gündür
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı
Məğlubiyyətin əsas səbəbi nədir? O açıqladı
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Azərbaycan XİN Türkiyəni təbrik etdi
Bu ərazilərdə işıq olmayacaq
Neftin qiyməti açıqlandı
Dənizdəki boğulmaların səbəbi nədir?
Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
Zaur Nəbioğluya vəzifə verildi
Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış etdilər 