Rusiyanın Belqorod vilayətinin atəşə tutulan rayonlarından olan uşaqların ilk qrupu sağlamlıq düşərgələrində dincəlmək üçün Penzaya yola salınıb.
Bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
“Bu gün biz uşaqlarımızın ilk qrupunu Penzaya göndərdik. Qrayvoron və Şebekino şəhər dairələrindən, Belqorod rayonundan, həmçinin Belqorod şəhərindən olan oğlan və qızlar uşaq sağlamlıq düşərgələrinə istirahətə yollandılar”, - deyə o bildirib.
Qladkov vurğulayıb ki, uşaqlar və onları müşayiət edən şəxslər, o cümlədən həkimlər, müəllimlər və regional Təhsil Nazirliyinin nümayəndələri üçün ayrıca qatar ayrılıb. Səfər müddətində uşaqlar tam şəkildə isti yeməklərlə təmin olunacaqlar.
Qubernator köməyə görə Penza vilayətinin rəhbəri Oleq Melniçenkoya minnətdarlığını bildirib. “Biz razılaşdıq ki, hələlik uşaqlar üç həftə müddətinə qəbul olunacaq, lakin lazım gələrsə və valideynlər razılıq verərsə, cari tədris ilinin sonuna qədər tətil uzanacaq”, - deyə o əlavə edib.
Xatırladaq ki, Belqorod vilayətinin hakimiyyət orqanları doqquz minə yaxın uşağın digər bölgələrə təxliyə edilməsi ilə bağlı qərar verib. Buna səbəb bölgənin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulmasıdır. Martın 22-də 1,2 min uşağın Penza, Tambov və Kaluqaya, daha sonra Stavropol diyarına yola salınması nəzərdə tutulub



Rusiya Ukrayna ərazisini yenidən atəşə tutdu
Rusiyada hərbi təyyarə yerə çırpıldı, onlarla insan öldü
Ukrayna bu xəbəri təkzib etdi - YENİLƏNDİ
Ukraynadan Rusiyaya cavab atəşi gəldi
Ukrayna PUA-sı Rusiyaya zərbə endirdi
Belqoradda təcili iclas keçirilir
Rusiya şəhərinə növbəti hücum
Ukrayna yenə Rusiya ərazisini vurdu
Rusiyaya PUA hücumu oldu
Ukrayna yenidən Rusiyaya hücum etdi
Ukraynadan Rusiyaya böyük zərbə
Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 