Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun adı ətrafında yenidən ajiotaj yaranıb. Muxtar respublikanın sabiq rəhbərinin Novruz bayramını ailə üzvləri ilə birlikdə İstanbulda keçirməsindən sonra onun personasına maraq bir qədər artıb.
ONN media Yenisabah.az-a istinadən xəbər verir ki, 2022-ci ilin dekabrından sonra ilk dəfə Naxçıvanı tərk etməyə müvəffəq olan keçmiş “xan” bunu yaxın ətrafına qələbə kimi sırımağa çalışır. Qohumlarının və sayı günbəgün azalan tərəfdarlarının Talıbovun bu “qələbəsindən” ruhlandığı, hətta ağlasığmaz iddialarla çıxış etməyə başladıqları bildirilir.
Muxtar respublikadakı mənbələrdən aldığımız məlumata görə, son günlər Vasif Talıbovun adı naxçıvanlıların dilindən düşmür. Talıbovun və yaxın çevrəsinin təbliğatına inanan xeyli adam onun mərkəzi hakimiyyətlə münasibətləri düzəltdiyini düşünür. Bu müzakirələr fonunda ortaya ağlasığmaz iddialar çıxıb.
Məlumatlara görə, hazırda talıbovçular Naxçıvan əhalisini ciddi-cəhdlə sabiq rəhbərin yenidən öz vəzifəsinin başına dönəcəyinə inandırmağa çalışırlar. Onlar bu günə kimi Naxçıvan Ali Məclisinə yeni sədrin seçilməməsini də bu amillə əlaqələndirirlər.
Vasif Talıbovun yenidən vəzifəyə təyin olunacağını düşünən bu adamlar ağılasığmaz iddia ilə çıxış edirlər. Onların “xan”ın uzaq deyil, yaxın gələcəkdə Naxçıvana rəhbərlik edəcəyini bildirirlər.
Talıbovçular konkret tarix göstərməkdən çəkinmirlər. İddia edirlər ki, aprelin 15-də, Ramazan tətili başa çatandan sonra Naxçıvanın idarəetməsi yenidən Vasif Talıbova həvalə olunacaq.



Vasif Talıbovun qardaşı vəzifəsindən azad olundu
Vasif Talıbovun oğlu ilə bağlı ilginc faktlar
Vasif Talıbov istefa verib?- Köməkçisi açıqladı
Vasif Talıbovun daha bir vəzifəsi əlindən alındı
Vasif Talıbovun oğlu vəzifəsindən azad olunub?
Vasif Talıbovun tikdiyi "Çin səddi" sökülür
Talıbovun maşınları villasından təcili daşındı
SON DƏQİQƏ: Vasif Talıbovun oğlu vəzifəsindən azad edildi
Naxçıvan Ali Məclisinin bu gün keçirilən iclasında nələr baş verdi?- ŞOK İDDİA
Vasif Talıbovun qızı vəzifəsindən azad edildi
Vasif Talıbova AĞIR İTKİ
Vasif Talıbov ölkədən qaçdı?- ŞOK İDDİA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 