Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun ekspertiza rəyi hazır deyil.
ONN media xəbər verir ki, bu barədə TV Müsavata istintaqdakı mənbələr bildirib. 3 həftə boyunca davam edən ekspertiza hələlik onun psixi durumu ilə bağlı yekun rəyə gələ bilməyib. Ə.Əhmədov hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır.
TV Müsavatın əldə etdiyi məlumata görə, Ə.Əhmədov məhkəmədə sensasion etiraflar edib. Belə ki, ilkin istintaqda danışmaqdan imtina edən və özünün gərgin psixoloji durumda olduğunu nümayiş etdirməyə çalışan Ə.Əhmədov məhkəmədə ailə üzvlərini məqsədli şəkildə qətlə yetirdiyini boynuna alıb. Buna səbəb kimi atasının ailəyə məxsus mənzili bacısına verməsini göstərib.
Ə.Əhmədov məhkəmədə bildirib ki, Rusiyada yaşayan ərindən boşanaraq Bakıya gələn bacısı öncə valideynlərinə məxsus evdə, onlarla birgə yaşayıb, sonra isə atası ailəyə aid olan evlərdən birini bacısına verib. Ə.Əhmədovla valideynləri arasında ilk mübahisə o zaman başlanıb. Ə.Əhmədov bildirib ki, ailənin böyük oğlu olaraq buna qarşıdır və qız övladın, yəni, bacısının bu evlər üzərində heç bir haqqı yoxdur. Valideynləri ona da ayrıca ev aldıqlarını, hətta hazırda yaşadıqları evin də gələcəkdə Ə.Əhmədova veriləcəyini desələr də bu, onu sakitləşdirməyib.
Ə.Əhmədov məsələni dəfələrlə bacısı ilə danışıb çözməyə çalışıb. Amma bacısı yaşca ondan böyük olduğunu və ərindən ayrıldığı üçün evsiz-eşiksiz qaldığını əsas gətirərək, ona bu məsələyə qarışmamasını söyləyib. Beləcə, bacı-qardaş arasında bir neçə dəfə ciddi münaqişə yaranıb. Valideynləri isə qızlarına əsla Əhmədlə bir araya gəlməməsini, onunla bu söhbətləri telefon xaricində etməməsini tapşırıblar. Amma qətldən bir gün öncə Ə.Əhmədov son sözünü atasına söyləyib və “mən bu işi burda qoymayacam” deyib.
Ə.Əhmədovun məhkəmədəki bu etirafı isə onun ailəsini qətlə yetirməsinin məqsədli bir plan olduğunu üzə çıxarıb. Məhkəmədə Ə.Əhmədovun planlı şəkildə, intiqam məqsədilə ailə üzvlərini qətlə yetirdiyini etiraf etməsi istintaqın gedişinə də təsir göstərəcək kimi görünür. Belə ki, Ə.Əhmədov ifadəsində əsla “özümdə deyildim”, “necə oldu bilmirəm” kimi fikirlər səsləndirməyib.
Ailə üzvlərini mərhələli şəkildə, bir-bir, ardıcıllıqla öldürməyi necə planlaşdırmışdısa, o cür də qətlə yetirdiyini etiraf edən Ə.Əhmədovla bağlı ekspertizanın rəyi də birmənalı deyil. Ekspertlərin ilkin qənaətinə görə, burada psixoloji pozğunluq, affekt halında cinayət törətmək kimi bir hal yoxdur. Təqsirləndirilən şəxsin şüurlu etirafı isə onunla bağlı sualları arxa plana qoyub. Belə ki, burada söhbət xüsusi amansızlıqla, məqsədli şəkildə serial qətldən gedir.



Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Əhmədov harada saxlanılır? - Vəkili açıqladı
Əhməd hakim qarşısına çıxarılıb
Əhməd cəzadan azad edilə bilər?
Dəhşətli qətl törədən Əhməd bir gün əvvəl polis tərəfindən saxlanılıbmış - DETALLAR
Əhməd Psixiatriya Xəstəxanasına yerləşdirildi
Əhmədin bacısının yoldaşı niyə yoxa çıxıb?
Əhmədlə bağlı daha bir iddia
4 xəstəni öldürən tibb bacısına hökm oxundu
Nərminin qətli: Daha bir ziddiyyətli ifadə...
Əhməd Əhmədova AĞIR İTKİ ÜZ VERDİ
Gəncədə məhkəmədə DAVA - Yaralılar var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 