Rusiyanın Ermənistanda yerləşən 102-ci bazasının hərbçilərinin bu ölkəni tərk etməsi istiqamətində müzakirələr genişlənir. Bəzi rus ekspertlər, habelə deputatlar Ermənistanı tərk edəcək hərbçilərin Azərbaycana, daha dəqiq desək, Qarabağa gəlib sülhməramlılara qoşulacağını iddia edirlər. Rəsmi Bakı hələ ki məsələyə münasibət bildirməyib.
Maraqlıdır, bu iddia nə qədər realdır? Ermənistanı tərk edəcək rus hərbçilər (sayları 3-4 min aralığındadır – red.) Qarabağa yerləşdiriləcək?
ONN media xəbər verir ki, politoloq Qabil Hüseynli Globalinfo.az-a açıqlamasında Rusiya hərbçilərinin Ermənistanda 50 ildən uzun bir müddəti əhatə edən müqavilə əsasında fəaliyyət göstərdiklərini bildirib.
“Bu mənada rus hərbçilərinin bu tezlikdə Ermənistandan çıxarılması real deyil. Bu, təkcə İrəvanın verəcəyi qərar deyil, Rusiya tərəfi ilə razılıq olmalıdır. Həmin hərbçilərin Qarabağa gəlməsi isə absurd versiyadır:
Birincisi, Azərbaycanla Rusiya arasında bu məsələyə dair konkret razılıq və ya danışıq yoxdur.
İkincisi, Rusiya sülhməramlıları Qarabağda olsa da, bu, 10 Noyabr bəyanatı əsasında baş tutub. Yəni sülhməramlıların fəaliyyəti ayrı məsələdir, rus hərbçilərinin Qarabağa gəlməsi isə tamam ayrı məsələdir.
Üçüncüsü, Azərbaycan konstitusiyasına görə, ölkə ərazisində xarici ölkənin hərbi bazasının yerləşməsi, habelə hərbi kontingentin olması qeyri-qanunidir. Sülhməramlılar istisna kimi fəaliyyət göstərir, amma bu da müddətlidir.
Hesab edirəm, rus politoloq və rəsmilər indiki məqamda nəbz yoxlayır. Amma rəsmi Bakı belə bir təklifə razı olmaz”.



Sülhməramlılar Qarabağı tərk etdi, əvəzində... - Yeni bölmələr gəlir?
Qarabağa qaytarılan ermənilərin son sayı AÇIQLANDI
Qarabağa qaytarılan ermənilərin sayı 50 mini ötdü - SON RƏQƏM
Qarabağa qayıdan ermənilərin SAYI AÇIQLANDI
ŞOK İDDİA- Sülhməramlılar ermənilərdən rüşvət alır?
Araik etiraf etdi: Ermənilərin böyük hissəsi köçüb
Qarabağa bu gün gətirilən ermənilərin sayı məlum oldu
Qarabağa qayıdan ermənilərin son sayı açıqlandı
Qarabağa daşınan ermənilərin SON SAYI
Rusiya Qarabağa niyə qoşun yeritmədi? - RƏSMİ AÇIQLAMA
Qarabağa qaytarılan ermənilərin SON SAYI
BMT Bakı ilə Qarabağa missiya göndərilməsini razılaşdırır - Zaxarova
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 