9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 15 aprel saat 23:59-dək aparılacaq.
Dövlət İmtahan Mərkəzindən ONN media-ya verilən məlumata görə, abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).
Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.
Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat "Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim olunur.
Qeyd edək ki, bu gün saat 09:00-a olan məlumata əsasən, 31379 abituriyent öz ərizəsini təsdiq edib. 1560 abituriyent isə elektron ərizəsini doldurub yadda saxlasa da, hələlik təsdiq etməyib. Həmin abituriyentlərə də tövsiyə edirik ki, ərizənin təsdiqini təmin etsinlər.



Kolleclərə sənəd qəbulu bu gün başa çatır
Kolleclərə sənəd qəbulu davam edir
DİQQƏT- ərizə qəbulu başa çatır
DİM abituriyentlərə müraciət etdi
Abituriyentlərin DİQQƏTİNƏ-Qeydiyyat başladı
DİM-dən abituriyentlərə XƏBƏRDARLIQ
Ali məktəblərə tələbə QƏBULU BAŞLADI
DİQQƏT: Sənəd qəbulu fevralın 21-dək davam edəcək
Ali məktəblərə və kolleclərə tələbə qəbulu elan edildi
Universitet və kolleclərə sənəd qəbulu başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 