Xəzər televiziyasının aparıcısı Aytən Səfərova yol qəzasına düşüb.
ONN media xəbər verir ki, bu barədə məlumatı Report-a onun həmkarları təsdiq edib.
Bildirilib ki, hadisə paytaxtın Zığ şossesində Gənclik parkının yaxınlığında qeydə alınıb.
Belə ki, aparıcının idarə etdiyi “Hunday” markalı avtomobillə digər minik avtomobili ilə toqquşub. Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb.
O, müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, hadisə bu gün səhər saat 06.50 radələrində baş verib. Zığ şossesi ilə Sadıqcan küçəsinin birləşməsində iki “Hunday” markalı minik avtomobili toqquşub:
“Zərbənin təsiri nəticəsində avtomobillərdən biri aşıb və qarşıda dayanan "KİA Soul" markalı avtomobilə çırpılıb. Xəsarət alanlar var. Hazırda faktla bağlı araşdırma aparılır”.
***
Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hunday İX-35” markalı avtomobillə Aytən Səfərovanın idarə etdiyi avtomobil toqquşub.
DİN Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
***
Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.



Aytən Səfərovanın qabırğaları sınıb - Həyat yoldaşı
Aytən Səfərova vəzifəsinə niyə geri qayıtmadı?
Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb? - Sağalsa da...
Aytən Səfərovanın düşdüyü qəzada ölən şəxsin fotosu
Aytən Səfərovanın son durumu necədir?
Bakıda ağır yol qəzası — 2 yaralı
Bakıda ağır yol qəzaları - 3 nəfər öldü, xəsarət alanlar var
Bakıda BMV aşdı - Ölən var
Polşa səfirliyinin maşını qəzaya düşdü - Yaralı var
Bərdədə ağır yol qəzası olub
Bərdə minik maşını traktorla toqquşub, xəsarət alanlar var
BMT-nin xidməti avtomobili Qaxda qəzaya düşdü: xəsarət alanlar var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 