Sosial şəbəkələrdən birində təcili tibbi yardım maşınında körpəsini xəstəxanaya aparan vətəndaş və sürücü arasındakı dialoq etirazlara səbəb olub.
Videogörüntüdən belə aydın olur ki, körpə övladının qan itirdiyini iddia edən valideyn təcili tibbi yardım sürücüsündən səs siqnalından istifadə etməsini tələb edib. Tıxacda qalan sürücü isə vətəndaşa “müdiriyyət bizə icazə vermir. Get, şikayət elə” cavabını verib.TƏBİB-in Mətbuat Xidməti məsələ ilə bağlı Bizim.Media-nın sorğusunu cavablayıb.Qurumdan bildirilib ki, görüntülərdə əks olunan məqamlar araşdırıldıqdan sonra xüsusi işıq və səs siqnallarından istifadəyə zərurət olub-olmadığı müəyyən oluna bilər:“Görüntülərdə xəstəyə, sürücüyə, avtomobil vasitəsinə dair məlumatların əks olunmaması dəqiqləşdirməni çətinləşdirir. Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək. Məlum olduğu kimi, təcili tibbi yardım ambulansları, sanitar avtomobillər operativ, üstün keçid hüququ olan nəqliyyat vasitələri hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərti ilə xüsusi tapşırıqları yerinə yetirərkən (təxirəsalınmaz çağırışı icra edərkən, ağır xəstələri təxliyə edərkən) xüsusi işıq və səs siqnallarından istifadə edə bilərlər. Sanitar avtomobillərdə xüsusi işıq və səs siqnallarından sadəcə təyinatından kənar hallarda istifadə qanunun tələbinə uyğun olaraq məhdudlaşdırılır. Xüsusilə qeyd edilməlidir ki, TƏBİB tərəfindən təcili tibbi yardım ambulanslarında işıq və səs siqnallarından təyinatına uyğun olaraq istifadə, eləcə də digər yol iştirakçılarına işıq və səs siqnallarından istifadə edən ambulansların rahat hərəkəti üçün şərait yaratmaları tövsiyə olunur”./oxu.az



Bakıda təcili yardım maşınının sürücüsü zibil qutularını eşələyir - VİDEO
Bakıda məşhur restoranda yanğın olub
Dəmir yolunda təcili yardım lokomotivi istifadəyə veriləcək
Tovuzda qəzada yaralanan şəxsin olduğu təcili tibbi yardım avtomobili qəzaya uğrayıb
İşçiləri seçkiyə təcili yardım maşını ilə gedən baş həkim CƏZALANDIRILDI
“Pişikdən qorxubsa, “bismillah” desin” sözünə görə cəzalandırıldı - SƏS YAZISI
Yaralıları aparan təcili yardım qəzaya düşdü
“Baku-2019”-6 idmançı təcili yardım çağırdı
FİLM KİMİ OLAY: Cərimə üçün saxlanıldı- Həyatını itirdi
Təcili yardım gücləndirilmiş iş rejiminə keçir
Bakıda FACİƏ: Taksi sürücüsü sükan arxasında öldü
Hadı Rəcəbli vəfat etdi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 