Qanuna dəyişiklik qəbul olunacağı halda "Dekstrometorfan" maddəsi olan mürəkkəb tərkibli dərman preparatlarının sahibkarlar tərəfindən ölkəyə gətirilməsindəki qadağa aradan qaldırılacaq.
ONN media xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na dəyişikliyi şərh edərkən deyib.
O qeyd edib ki, layihədə "Dekstrometorfan" maddəsinin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısından çıxarılaraq, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına "başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır" qeydi ilə daxil edilməsi təklif edilir.
“Bu qeydin müəyyən edilməsi layihənin qəbul olunacağı təqdirdə "Dekstrometorfan" maddəsi olan mürəkkəb tərkibli dərman preparatlarının sahibkarlar tərəfindən ölkəyə gətirilməsindəki qadağanın aradan qaldırılmasını, əhalinin qeyd edilən dərman preparatlarına əlçatanlığını təmin edəcək”, - deyə deputat bildirib.
Qeyd edək ki, dəyişiklik Milli Məclisin aprelin 23-də keçirilən plenar iclasında müzakirə edilərək birinci oxunuşda qəbul edilib.



Deputatlar bu gün 15 məsələyə görə TOPLANIR
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
Milli Məclisin yaz sessiyasının ilk komitə iclası keçirildi
Milli Məclisin iclası başladı
Milli Məclis 19 məsələni müzakirəyə çıxaracaq
Milli Məclisin iclası başladı
Milli Məclis bu gün 30 məsələyə görə toplanır
Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var
Azərbaycanda narkotiklərə və psixotrop maddələrə qarşı mübarizə sərtləşdirilir
“Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair Dövlət Proqramı” qəbul edilib
Badımcan aparan "Volvo"dan psixotrop maddə aşkarlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 