Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş dəhşətli terror aktından 15 il ötür.
ONN media xatırladır ki, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci tədris binasına silahlı hücum olub. Hadisə nəticəsində 12 nəfər qətlə yetirilib.
Teraktı törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurub. Hüquq-mühafizə orqanı əməkdaşlarının olay yerində apardığı araşdırmadan sonra cinayətkarın 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov olduğu məlum olub.
Terror zamanı həyatını itirən şəxslərin siyahısı belədir:
1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
10. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)
Qeyd edək ki, 2010-cu il avqustun 14-də Dövlət Neft Akademiyasında baş vermiş qanlı olayla bağlı məhkəmədə Cavidan Amirov, Ariz Qabulov, Nəcəf Süleymanov və Nadir Əliyevə hökm oxunub. Məhkəmənin hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib



ADNA terrorundan 12 il ötür
ADNA terrorundan 9 il keçir
ADNA-da törədilən terror aktından 11 il ötür
Xırdalandakı partlayışda yaralananların ADLARI AÇIQLANDI
Dövlət Agentliyinin əməkdaşlarının keçirdiyi qəzada ölən və yaralananların adı məlum olub
Göygöldə dəhşətli qəzada ölən və yaralananların adları məlum oldu
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - 4 yaşlı oğlu və 19 yaşlı baldızı ilə birgə öldü
Salyanda mikroavtobus aşdı: 8 nəfər xəsarət aldı
Sumqayıtda evə silahlı hücum olundu
Hacıqabulda mikroavtobus qəzası: yaralananlar var
Ermənilərin Gəncədə yaraladığı 33 nəfərin siyahısı - UŞAQLARDA VAR
Avtobus qəzasında xəsarət alan 16 nəfərin ADI - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 