Azərbaycanın Baş naziri Əli Əsədov mayın 1-də Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Məhərrəm Kılıçla görüşüb.
Nazirlər Kabinetindən ONN media-ya verilən məlumata görə, görüşdə ölkəmizdə demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş davamlı islahatlar barədə söhbət açılıb.
Azərbaycan ilə Türkiyə arasında müxtəlif istiqamətlərdə olduğu kimi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əməkdaşlığın davamlı inkişafından məmnunluq ifadə olunub.
İki ölkənin Ombudsman təsisatları arasında 2021-ci ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb, bu çərçivədə görülən işlərin müvafiq sahədə əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilib.
Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da görüşdə iştirak edib.



Əli Əsədov Özkaya ilə görüşdü
Əli Əsədov Gürcüstanın iqtisadiyyat naziri ilə görüdü
Əli Əsədov türkiyəli nazirlə görüşüb
Əli Əsədov Natiya Turnava ilə görüşdü
Əli Əsədov Türkiyənin yeni səfiri ilə görüşdü
Əli Əsədov Moldovalı həmkarı ilə görüşüb
Əli Əsədov Fuad Oqtayla görüşdü
Əsədov Fatih Dönməzlə görüşdü
Əsədov Qolovçenko ilə görüşdü: sənədlər imzalandı
Əli Əsədov Aleksa Beçiçlə görüşdü
Əli Əsədov ÜST rəhbəri ilə görüşdü
Səbinə Əliyeva TBMM-in sədri ilə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 