Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada vətəndaşa düşən evin başqasına verildiyi iddiasına cavab verib.
ONN media xəbər verir ki, bu barədə “Qaçqınkom” məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Laçın rayonunun Sus və Bəylik kəndləri birləşdirilib, onlar üçün ümumilikdə 150 evlik yeni yaşayış məntəqəsinin inşasına başlanılıb:
"Birinci mərhələdə 59 fərdi ev tikilib və istifadəyə hazırdır, daha 91 evin tikintisi isə davam etdirilir. Birinci mərhələ üzrə püşkatmadan sonra sakinlərin müraciətləri əsas götürülərək, nəticələrə yenidən baxılıb və 2 püşkün nəticəsi ləğv edilib.
Həmin püşklər Sus və Bəylik kəndlərində deyil, qonşuluqdakı Qızılca kəndində daimi qeydiyyatda olan ailələrə aiddir. Araşdırma zamanı məlum olub ki, yeni yaşayış məntəqəsinin salındığı ərazidə işğaldan əvvəl həmin ailələrin də evləri olduğu üçün adları Sus və Bəylik kəndlərinin sakinləri ilə eyni püşkatma siyahısına daxil edilib. Bu hal kənd sakinlərində narazılıq yaradıb".
Məlumatda həmçinin vurğulanıb ki, ləğv edilmiş püşklərin sahibləri Dövlət Komitəsinə dəvət olunub, onlara ətraflı izahat verilib və bildirilib ki, ikinci mərhələdə evlə təmin olunmaqları nəzərdə tutulur.
Qeyd edək ki, sosial şəbəkədə yayılan videoda Sus sakini püşkatma zamanı ona düşən evin başqasına verildiyini iddia edib.



Yaxın günlərdə Laçının daha bir kəndinə köç başlayacaq
Bu tarixdən Zabuxa köç başlayır
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlanıb
Daha 25 ailə bu tarixdə Zəngilana gedəcək
Xankəndiyə qayıdışla bağlı bu xəbər yalandır - Rəsmi
Xocalı sakinlərinə şad xəbər
Zabuxda 25 ailəyə ev verildi
ŞAD XƏBƏR- Zəngilana ilk köçürülmə başlayır
Qubadlıya ilk köç nə vaxt olacaq?
Ağalı kəndinə daha 22 ailə köçürülür
Daha 147 ailə Füzuliyə köçürüləcək
Daha 10 ailə Ağalıya köçürüldü
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 