Dərman vasitələrinin reseptdə yazılmasında və dərman vasitələrinin buraxılışında iştirak edən şəxslərin müvafiq olaraq ali tibb, ali və ya orta əczaçılıq təhsilinə malik olmaları, həmçinin, təhsilini təsdiq edən sənədin verilmə tarixindən 5 ildən çox keçdiyi təqdirdə sertifikasiya şəhadətnaməsinə malik olmalarına nəzarət ediləcək.
ONN media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib.
Belə ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər 800 (səkkiz yüz) manatdan 1000 (min) manatadək məbləğdə, hüquqi şəxslər 6000 (altı min) manatdan 8000 (səkkiz min) manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliyə əsasən, reseptlərdə dərman adlarının deyil, tərkib hissələrinin yazılması nəzərdə tutulur. Hazırda “Elektron Resept” (reseptim.az) sisteminə mərhələli şəkildə transformasiya olunduğu səbəbindən həkimlər tərəfindən reseptlər müvəqqəti olaraq həm kağız, həm də elektron qaydada yazılır. Lakin bu il ərzində bu sistemə mərhələli keçid başa çatdıqdan sonra reseptlər yalnız elektron qaydada yazılacaq



Səhiyyə Nazirliyi dərman firmasını məhkəməyə verdi
Nazirlik bu dərman firmasını məhkəməyə verdi
Sabahdan qazın istismarı ilə bağlı pozuntuya görə yeni cərimələr tətbiq olunacaq
Azərbaycanda dərmanlarla bağlı yeni qayda
Nazirlikdən özəl tibb müəssisələrinə xəbərdarlıq
Yeni cərimə təsdiqləndi- 5 min manata qədər...
Məcəllədə dəyişiklik edildi: Yeni cərimələr tətbiq ediləcək - MƏBLƏĞLƏR
Tarif Şurasına yeni səlahiyyət verildi
Azərbaycanda reseptlərin yazılması qaydası dəyişdi
Dərman vasitəsinin dövlət qeydiyyatı qaydası təkmilləşdirilir - RƏSMİ
Karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır
Koronavirusla bağlı cərimələr təsdiqləndi – MƏBLƏĞ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 