Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
DİN-dən ONN media-ya verilən məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 4-10 may tarixlərində polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisindən 38 avtomat silahı, 8 tapança, 14 tüfəng, 1 qumbaraatan, 23 qumbara, 23 alışdırıcı, 136 patron darağı, 21.040 ədəd müxtəlif çaplı patron, 5 trotil, 27 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Ağdərə rayonu ərazisindən isə 5 avtomat silahı, 18 patron darağı və 290 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.



Xankəndidə silah sursat aşkarlandı
Xankəndi və Şuşada xeyli silah-sursat tapıldı
Xankəndidə 40 avtomat, 62 qumbara tapıldı
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapıldı
Xankəndidə daha 25 avtomat, 11 qumbara aşkarlandı
Xankəndidə silah sursat aşkarlandı
Xankəndidə xeyli silah-sursat aşkarlandı
Xankəndidə silah-sursat aşkarlandı
Xankəndidə avtomat və qumbara aşkarlanıb
Xankəndidə daha 7 avtomat və 6 qumbara tapıldı
Xankəndidə silah sursat aşkarlandı
Xankəndidə silah-sursat aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 