Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri - Sabir İslam oğlu Mustafayev Suraxanı rayonunun Əmircan qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.
ONN media xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları, qazilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub. Onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı qardaşı oğlu Elşad Mustafayevə təqdim edilib.
Qeyd edək ki, Sabir Mustafayev 1963-cü il martın 16-da Bakı şəhəri, Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. 1991-ci ildə Şıxov taborunun tərkibində Vətənin müdafiəsi üçün hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Sabir Mustafayev 1992-ci il yanvarın 26-da şəhid olub. O, Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.
Qardaşı 1959-cu il təvəllüdlü Malik İslam oğlu Mustafayev isə 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı itkin düşüb.



Şəhidimiz Göyçayda DƏFN EDİLDİ
Şəhid Qurbanov Yusif dəfn edildi
Şəhid polkovnik dəfn olunub
Vətən müharibəsi şəhidi dəfn edildi
Daha 7 itkin şəhidimiz dəfn olunacaq
Daha iki şəhidimiz dəfn olunacaq
Daha 4 şəhidimiz dəfn ediləcək
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid dəfn ediləcək
Daha 7 şəhid dəfn olunacaq
Daha bir şəhidimiz Qaxda dəfn edildi
Kəlbəcərdə şəhid olan gizirilə vida mərasimi keçirildi
Şəhidimiz dəfn olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 