Komanda yoldaşlarımla işdə idim. Qəzaya uğrayan helikopterin axtarışına texniki dəstək vermək üçün Batman, Van və Azərbaycandakı dostlarımızla koordinasiyada çalışdıq. Bütün dünyada adından söz etdirəcək əməliyyat baş tutdu.
ONN media xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzadan sonra axtarışları barədə danışarkən deyib.
“Akınçı” ən sürətli şəkildə əraziyə çatdı. Bölgədə küləyin sürəti də çox güclü idi. O cür çətin hava şəraitinə baxmayaraq, vadiyə girərək bu vəzifəni yerinə yetirdi. Bu əməliyyatı dünyada həmin şərtlər altında uğurla reallaşdıra bilən “Akınçı” PUA-sı oldu. Və dünya bizim gücümüzü gördü. Komanda və Türkiyə Silahlı Qüvvələri səhərə qədər böyük fədakarlıqla çalışdılar. Mən bir daha İran xalqına başsağlığı verirəm”, - Bayraqdar bildirib.
O, eyni zamanda qeyd edib ki, bölgədə dərin dərələr var idi:
“Hətta o dərəyə girəndə belə görüntü əldə etmək olurdu. PUA dərənin arasında manevr edərək uçmalı oldu. Heç bir PUA bunu edə bilməz. Bu missiya ən kiçik bir maneə olmadan tamamlandı”.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub



Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak oldu
Türkiyədən İrana SƏRT CAVAB
Türk "Bayraqdar"ları İran PUA-larını vura biləcək
"Bayraktar"dan daha bir UĞUR: Yüksək hündürlükdən...
Bayraktardan ilk paylaşım- "Kızılelma" boyandı
Türkiyə bu ölkələrə də PUA göndərəcək - Bayraqdar
Düşmənin qorxulu yuxusu GERÇƏK OLDU: "Bayraktar AKINCI" silahlanmaya daxil edilir
Türkiyədə milli matəm elan olundu
İran Azərbaycan və Türkiyəni bu siyahıdan sildi
Bayraqdardan qələbə mesajı
Türkiyədən NÖVBƏTİ UĞUR: AKINCI-nın B modeli sınaqdan çıxdı
Zakir Həsənov Səlcuq Bayraqdarla görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 