Qarabağın və Şərqi Zəngəzurun bərpasına tətbiq edilən proqram Qazax rayonunun Ermənistanla sərhəddə Azərbaycanın nəzarətinə keçən 4 kəndində həyata keçirilə bilər.
ONN media xəbər verir ki, bu sözləri TASS-a Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
“Tam əminəm ki, Qarabağ bölgəsini dirçəltməyə imkan verən unikal proqram, əlbəttə ki, bu kəndlərdə də həyata keçiriləcək, bütün Qazax rayonu kimi onlar da gözəlləşəcək, çiçəklənəcək”, - o bildirib.
S.Seyidov hazırda böyük hissəsinin yataqxanalarda məskunlaşdığı köçkünlərin bu kəndlərə qayıdacaqlarına əminliyini ifadə edib. Onun sözlərinə görə, Azərbaycanda bərpa proqramları sürətlə həyata keçirilir.
Parlament komitəsinin rəhbəri onu da qeyd edib ki, Ermənistanla sərhədin delimitasiyası prosesi uğurla inkişaf edir.
Qeyd edək ki, 24 mayda Azərbaycan DSX Qazaxın işğaldan azad edilən 4 kəndinə nəzarəti bərpa edib



Səməd Seyidovun rəhbəri olduğu mərkəz bağlandı
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Bakıya gəlir
Qubadlıya ilk köç nə vaxt olacaq?
Sahibə Qafarova Akarla görüşdü
Parlamentin komitə sədri: “Türkiyə hər zaman Azərbaycana dəstək olacaq”
Səməd Seyidov: Aprel döyüşləri ilə sübut etdik ki...
Qazaxın 7 kəndi qaytarılır? - Rus sülhməramlıları ƏRAZİYƏ GƏLDİ
Erməni girovluğundan azad olan azərbaycanlının durumu necədir? — Baş həkimdən AÇIQLAMA
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
Deputatlara əlavə maliyyə ayrılmalıdır - Təklif
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 