İranın Mədəniyyət və İslami İrşad İdarəsi Güney azərbaycanlı yazıçı Rza Hüseyni Bəqanamın Azərbaycan türkcəsində yazdığı “Sürgündə” kitabının nəşrinə icazə verməyib.
ONN media xəbər verir ki, bu barədə yazıçı özü məlumat yayıb.
“İdarə kitabda istifadə olunan dilin İran Azərbaycanının əsl türkcəsi və Təbriz ləhcəsi qaydalarına uyğun olmadığını əsas gətirərək, kitabın nəşrinə icazə vermədi”,- azərbaycanlı yazıçı bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin mətbuat məsələləri üzrə sədr müavini Həsən Güli Azərbaycan dilində nəşr olunan kitabların dili ilə bağlı açıqlamasında İranda Azərbaycan ədəbi dilində olan və Azərbaycan Respublikasında qəbul olunmuş dövlət dili qaydalarına riayət edilən kitabların nəşrinə icazə verilməyəcəyini söyləyib.
“Türk dilinin müxtəlif ləhcələri var. Qonşu ölkələrdə də bu dil fərqli ləhcələrdə danışılır və müxtəlif əlifbalarda yazılır. Ancaq əsl türk dili İranda danışılan türkcənin Təbriz ləhcəsidir. Bütün kitablarda bu qaydaya riayət olunmalıdır”, - Güli bildirib.
Qeyd edək ki, Güney Azərbaycanda yeni ”ədəbi dil qaydası” tətbiq etmək İranın Quzeylə Güneyi mənəvi baxımdan ayırmaq planıdır.



Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq
İran mediasında Azərbaycan dili təhqir olundu
Anadolu Liseyində Azərbaycan dili fənni ləğv edilib - AÇIQLAMA
Bu gün Yusif Seyidovun doğulduğu gündür
DİM gürcü dilini bilən mütəxəssis axtarır
2 may Yusif Seyidovun doğulduğu gündür
"Azərbaycan dili" imtahanında yenilik ediləcək
Teledərslərin aprelin 3-nə olan cədvəli açıqlandı
Azərbaycanda İran Mədəniyyət Günləri keçiriləcək
MİQ üzrə müsahibə mərhələsi başlayır
“Dərs vaxtı” proqramının sabah üçün dərs cədvəli açıqlandı
Təbrizdə Ana Dili Günü ilə bağlı çağırış edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 