Fövqəladə Hallar Nazirliyi (FHN) ildırım təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.
FHN-dən verilən məlumata görə, ildırımın yaratdığı təhlükələr və bundan qorunmağın yolları barədə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən mütəmadi olaraq əhaliyə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, ötən gün ildırım vurması insan ölümü və xəsarətlə nəticələnib.
Bu isə hər bir vətəndaş tərəfindən təhlükəli təbiət hadisələrindən olan ildırımla bağlı zəruri davranış qaydalarına ciddi riayət edilməsi zərurətini yaradır.
Qeyd olunanları, habelə xüsusilə yaz-yay fəsilləri üçün xarakterikliyini nəzərə alaraq, FHN bir daha əhaliyə müraciət edərək ildırımla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Belə ki, ildırım zamanı:
- qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın;
- evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;
- telefonla danışmayın;
- elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın;
- daldalanmaq üçün hündür ağacların altında gizlənməyin;
- nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Belə ki, məsələn, ağacın hündürlüyü 4 metrdirsə, həmin ağacdan, ən azı, 4 metr aralı dayanmaq lazımdır;
- düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çuxurda çöməlib dizlərinizi qucaqlayaraq oturun;
- yüksəklikdəsinizsə, çökək yerə enin;
- su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın;
- yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.);
- avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin;
- bağlanan şüşələri olmayan nəqliyyat vasitəsindəsinizsə (bəzi kənd təsərrüfatı texnikası, motosiklet, velosiped və s.), dərhal düşün və ən azı 30 metr aralanın;
- qrup halındasınızsa, aranızda, ən azı, 1,5 metr məsafə saxlayın.
Təhlükə zamanı 112-yə zəng edin!



Əhaliyə bununla bağlı xəbərdarlıq edildi
FHN əhaliyə XƏBƏRDARLIQ ETDİ
FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ
Nazirlikdən əhaliyə xəbərdarlıq: Bunlara riayət edin!
FHN əhaliyə müraciət etdi
Azərbaycan əhalisinə XƏBƏRDARLIQ - Bu günlərdə telefonla danışmayın
Nazirlikdən qeyri-sabit hava ilə bağlı daha bir xəbərdarlıq
Hava şəraiti ilə əlaqədar əhaliyə daha bir XƏBƏRDARLIQ
Nazirlikdən yağıntılı hava ilə bağlı daha bir xəbərdarlıq
FHN əhaliyə xəbərdarlıq etdi: Telefonla danışmayın!
FHN əhaliyə müraciət edib
Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 