Azərbaycanda daha iki nəfərin qarayara xəstəliyinə yoluxduğu təsdiqlənib.
ONN media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.
Qeyd olunub ki, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində “Qarayara” diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar. Xəstələrdən birində “Qarayara” diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Digər iki şəxsdən isə “Qarayara” şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülərək, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Laborator müayinələrin nəticələrinə əsasən, digər iki şəxsdə də "Qarayara" xəstəliyi diaqnozu təsdiqlənib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir və tibbi protokola uyğun olaraq müalicələri davam etdirilir, dinamika müsbətdir.
Qeyd edək ki, ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlər görülüb və bu xəstəliyin ocağı lokallaşdırılıb və yeni yoluxma halları qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, “Qarayara” xəstəliyi zoonoz infeksiyadır və insandan insana ötürülmür.



Azərbaycanda qarayara xəstəliyinə kütləvi yoluxma aşkarlanıb?
Soydaşlarımız yaşayan kənddə karantin elan olundu
ÜST xəbərdarlıq etdi- RİSK YÜKSƏKDİR
Bakıda liftin qırılması nəticəsində xəsarət alanların son durumu AÇIQLANDI
Kaftarlarda COVID-19 aşkarlandı
Partlayışda yaralananların vəziyyəti açıqlandı
Bakıda partlayışda xəsarət alanların 9-nun vəziyyəti ağırdır
Bakıda it dişləyən azyaşlı qızın SON VƏZİYYƏTİ AÇIQLANIB
Azərbaycanda müəllim əməliyyatdan sonra NİYƏ ÖLDÜ? - RƏSMİ AÇIQLAMA
Cəlilabad sakini koronavirusa yoluxub? - RƏSMİ
Bakıda lift qırıldı- Xəsarət alanlar var
Daha bir ölkədə meymun çiçəyinə yoluxma qeydə alındı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 