Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərinin küçə və prospektlərində hərəkətin yenidən təşkili üzrə layihələrin icrası davam etdirilir.
ONN media xəbər verir ki, yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə Bakı şəhərində nəzərdə tutulan 7 layihədən üçüncüsünün icrasına başlanılıb.
Bu dəfə Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir.
Hazırkı şəraitdə Xocalı prospektindən 28 May və Ü.Hacıbəyov küçələri ilə şəhər istiqamətinə yönəlmək istəyən nəqliyyat vasitələri Yusif Səfərov küçəsi ilə kəsişmədən sağa dönərək tunelin yaxınlığındakı geriyə dönmə yerindən istifadə edirlər.
Bu isə həm Yusif Səfərov küçəsinin həmin aralıqda qalan hissəsində, həm də mövcud geriyə dönmə yerində nəqliyyat yükünün və sıxlıqların artmasına səbəb olur. Kəsişmədə infrastruktur olmadığından piyadalar yolu müəyyən olunmamış yerlərdən keçmək məcburiyyətində qalırlar.
AYNA tərəfindən yol kəsişməsində araşdırmalar aparılıb, nəqliyyat axınları hesablanıb, mövcud nəqliyyat şəraiti təhlil edilib.
Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində nəqliyyat şəraitinin təkmilləşdirilməsi, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.
Sözügedən layihə əsasında Xocalı prospekti ilə Y.Səfərov küçəsinin kəsişməsində arakəsmənin ləğv edilərək nizamlanan yolayrıcının təşkil edilməsi, Xocalı prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin kəsişmədən birbaşa sola hərəkətinə şərait yaradılması planlaşdırılır.
Hesablamalara əsasən, həyata keçiriləcək dəyişikliklər nəticəsində Y.Səfərov küçəsindəki geriyə dönmə yerinin nəqliyyat yükü 950 avt/saat azalacaq, nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1300 m qısalacaq. Svetoforların önündə təşkil ediləcək nizamlanan eyni səviyyəli piyada keçidlərinin hesabına piyadaların əlçatanlığı və təhlükəsizliyi təmin ediləcək



DİQQƏT- Yolun hərəkəti dəyişdirilir
Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR
Cavanşir körpüsü SÖKÜLÜR - Bu tarixdən nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakıda bu yollarda SIXLIQ VAR
Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ
DİQQƏT - Bu yollarda rənglənmə işləri aparılacaq
Sabah Bakıda bu yollar bağlanacaq - Siyahı
Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
DYP vətəndaşlara müraciət etdi
Bu gündən bəzi yollar bağlanır - SİYAHI
Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq
Paytaxtda yeni yol qovşağı yaradılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 