Belarus Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşünə etiraz əlaməti olaraq rəsmi İrəvana etiraz notası göndərib.
ONN media xəbər verir ki, bu barədə Belarus XİN-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ermənistanın bu ölkədəki müvəqqəti işlər vəkili Narek Tiraturyan nazirliyə çağırılıb və ona yuxarıda bəhs olunan görüşlə bağlı etiraz notası verilib.
Xatırladaq ki, ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vilnüsə səfəri zamanı Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb. Tixanovskaya və Mirzoyan Belarus, Ermənistan və regiondakı siyasi vəziyyəti müzakirə ediblər. Həmçinin Belarus hakimiyyətinin tələbi ilə bu ölkənin vətəndaşlarının ekstradisiya edilməməsi məsələsini qaldırıblar.
Tixanovskaya Belarus hakimiyyəti və şəxsən prezident Aleksandr Lukaşenko ilə bağlı qətiyyətli mövqeyinə görə rəsmi İrəvana təşəkkür edib.
İyunun 13-də isə Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus hakimiyyətinin ölkəsinə qarşı mövqeyi səbəbindən Aleksandr Lukaşenko hakimiyyətdə qaldığı müddətdə adı çəkilən dövlətə səfər etməyəcəyini açıqlamışdı



Lukaşenko BU TARİXDƏ istefa verəcək?
Mirzoyan sammitdən niyə imtina etdi?
Mirzoyan KTMT Baş katibi ilə danışdı
Polşa səfiri XİN-ə çağırıldı- NƏ BAŞ VERİR?
Belarus Ukraynaya nota verdi
Mirzoyan Parisə gedir
Bayramov və Mirzoyan görüşəcək?- Rəsmi
KTMT-nin dövlət başçıları toplaşacaq - BU TARİXDƏ
Lukaşenko Əliyevə zəng etdi
Belarus və Rusiya birləşir?- AÇIQLAMA
Litva Belarusa nota verdi
“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü razılaşdırılıb”
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 