Yay mövsümünün başlanması ilə daxili turizmə tələbat artıb. İnsanlar da dincəlmək üçün Bakı ətrafında yerləşən bağ evlərinə və dağlıq ərazilərə üz tuturlar.
Bunun da həmin ərazilərdə yerləşən kirayə qiymətlərinə təsiri qaçılmazdır.
ONN media xəbər verir ki, məsələ ilə bağlı "Trend"ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, artıq belə ərazilərdə yerləşən evlərin kirayə qiymətləri artıb.
"Bu hər il davam edən tendensiyadır. Qiymət artımı avqust ayının 10-na qədər davam edəcək. Avqustdan sonra evlərin kirayə qiymətləri azalacaq. Çünki bağ evlərinə kirayəsi əsasən mövsümi xarakter daşıyır.
Hazırda Bakı və Abşeronda dənizkənarı kirayə evlərin qiyməti aylıq 1500 manatdan başlayaraq 6000 manata qədər və ondan daha bahadır. Dənizkənarı olmayıb, lakin əlverişli şəraiti olan bağ evlərinin də qiymətində artım var. Ərazinin infrastrukturundan asılı olaraq qiymətlərdə fərqlər var. Ən baha kirayə mənzillər Mərdəkan, Bilgəh və Novxanı qəsəbələrindədir", - o deyib.
Ekspert bildirib ki, bölgə olaraq isə, bu il ən populyar şimal və cənub rayonlarıdır.
"Həmişə ilk yerlərdə olan İsmayıllıya gedən yolda təmir aparıldığından həmin istiqamətə gedənlərin sayı azalıb.
Ümumi olaraq götürdükdə turizm bölgələrində günlük kirayə mənzilin qiyməti şəraitinə görə 50-500 manat arasında dəyişir", - deyə o qeyd edib.
Mərdəkanda bağını kirayə verən Orxan Əliyev bildirib ki, bu il ötən illə müqayisədə tələbat artıb.
"Bu da qiymətə təsir edib. Belə ki, ötən il ikiotaqlı və hovuzu olan evimi 1500 manata kirayə verirdimsə, bu il qiymət 1800 manatdır", - deyə sakin qeyd edib.



Bakıda bu evlərin qiyməti BAHALAŞDI
Bakıda bu evlərin qiyməti BAHALAŞDI
Bakının bağ evlərində yay istirahəti üçün qiymətlər necədir?
Yeni dərs ili bağlı kirayə mənzillərin qiyməti bahalaşdı
Azərbaycanda bağ mövsümü başlayır - Qiymətlər münasibdirmi?
Bakıda BU MƏNZİLLƏRİN qiyməti ucuzlaşdı
Bakıda bu evlərin qiyməti BAHALAŞACAQ: 7-8 min... - VİDEO
Bu ərazilərdə kirayə mənzillər bahalaşıb- SƏBƏB NƏDİR?
Azərbaycanda bu evlərin qiyməti bahalaşdı
Bakıda bu evlərin qiyməti BAHALAŞACAQ
Bağ evlərinin qiyməti ucuzlaşdı
Novruzda kirayə evlərin qiyməti necə dəyişdi?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 