Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama həyata keçirib.
Yoxlama zamanı Filarmoniyanın bir neçə vəzifəli şəxsinin izahatının alındığı, habelə direktor, xalq artisti Murad Adıgözəlzadənin saxlanıldığı bildirilir. Saxlanılanların arasında Filarmoniya direktorunun müavini Ayla Kərimovanın da adı hallanır.
ONN media xəbər verir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasının mətbuat xidmətinin əməkdaşı Cəmilə Abdinzadə Nyus24.az-a açıqlamasında məlumatları təkzib edib:
“Yoxlamalar sadəcə bəzi sənədlər üzərində aparılıb. Azərbaycan Dövlət Akademik Filarmoniyasının heç bir əməkdaşı saxlanılmayıb. Murad bəy də işinin başındadır. Dünən konsertimiz olub, həmin konsertdən fotolar belə var”.
Qeyd edək ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru xalq artisti Murad Adıgözəlzadədir. O, Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Aysel Teymurzadənin həyat yoldaşıdır.



Filarmoniyada əməliyyat keçirildi
Murad Adıgözəlzadədən Mehdiyevin kürəkəninin ittihamlarına REAKSİYA
Filarmoniya bağında əyləncə məkanının fəaliyyəti dayandırıldı
Azərbaycan mədəniyyətinə AĞIR İTKİ - FOTO
Dövlət Akademik Filarmoniyasının noyabr repertuarı
Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı
Toy görüntülərinə görə Ayseli İTTİHAM ETDİ
Kamera və Orqan musiqisi zalının dekabr repertuarı
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Arif Məlikovun 85 illik yubileyi münasibətilə konsert təşkil olunacaq
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub
Maestro Niyazinin anadan olmasının 111-ci ildönümü qeyd olunacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 