Ümumdünya Şahmat Olimpiadasında kişilərdən ibarət Azərbaycan millisinin kapitanı bəlli olub.
ONN media xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov açıqlayıb.
O bildirib ki, sentyabrda təşkil olunacaq yarışda yığmamızın kapitanı Teymur Rəcəbov olacaq.
Məmmədov, həmçinin millinin Olimpiada üçün heyətinin bəlli olduğunu deyib: “Komandada gənc şahmatçılar da yer alacaq. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasovla yanaşı, Məhəmməd Muradlı və Aydın Süleymanov heyətdə olacaq. Qadınlardan ibarət komandanın heyətində isə dəyişiklik yoxdur. Yığmada Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədzadə yer alacaqlar”.
Federasiya rəhbərinin sözlərinə görə, hər iki millini iyul və avqustda gərgin təlim-məşq toplanışı gözləyir:
“Ümidvaram ki, şahmatçılarımız uğurlu çıxış edəcək".
Qeyd edək ki, Olimpiada sentyabrın 10-23-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.



Millimizin Olimpiadadakı rəqibləri məlum oldu
Millimiz İngiltərəyə qalib gəldi
Millimizdən olimpiadada növbəti qələbə
Şahmatçılarımızdan daha bir qələbə
Şəhriyar Məmmədyarov qələbə qazandı
Dünya Kubokuna qatılacaq şahmatçılarımız AÇIQLANDI
Şahmatçımız erməni rəqibini məğlub etdi
Şahmat üzrə Avropa çempionatında V turun oyunları keçirilib
Qadın şahmatçımızdan Ermənistan kollektivinə "şillə kimi" qalibiyyət
Qadın şahmatçılarımız Yunanıstanı məğlub etdi
Azərbaycanlı şahmatçılar reytinqdə irəlilədi - SON SİYAHI
Gülnar Məmmədova şahmat üzrə Azərbaycan çempionu oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 