Trampın xüsusilə Pensilvaniyada seçki mitinqi zamanı sui-qəsd cəhdinə məruz qalması və qulağından yaralanması ilə reytinqinin kəsin artması erməni ictimai fikrində narahatlıqla izlənilir.
ONN media xəbər verir ki, “Sputnik Ermənistan” bir qədər də Trampı aşağılamaqla, “güllələnmiş qulağın yeni ABŞ-ın simvolu” olacağı haqda “həyəcanlı” məqalə yayıb.
Bildirilib ki, son sorğuya görə Trampın reytinqi 66%, Baydenin 15%, Kamala Harrisin isə 10%-dir. Bu isə Trampın ABŞ prezidenti olmaq ehtimalını çox yüksəldir. Co Baydeni yalnız “fors-major” xilas edə bilər.
Məqalədə vurğulanıb ki, Tramp prezident olacağı halda Ermənistan üçün yaxşı heç nə gözlənilmir. Çünki Tramp hər şeydən öncə “Amerika amerikalılar üçündür” ideyasının təbliğinə diqqət yetirir ki, bu da respublikaçıların səylərini daha çox daxili problemlər üzərində cəmləşdirmək siyasətində əksini tapıb.
Trampın qlobal neft-qaz sektoruna ciddi önəm verəcəyi və buna görə də Cənubi Qafqazda Azərbaycanı xüsusi dəstəkləyəcəyi ehtimalını irəli sürən müəllifin fikrincə, ABŞ-ın yeni administrasiyası azərbaycanmeyilli olacaq və Türkiyə və Azərbaycanla işləyəcək. Trampın bunun üçün başqa səbəbi də var – İrana sərt münasibəti, israilyönlü olması… İsrail isə Azərbaycanın strateji tərəfdaşıdır.
Məqalədə iddia edilib ki, Trampın “Ermənistanın düşmənlərinin tərəfində olacağına zəmanət verilir”.
Erməni siyasi kəsimində narahatlığın daha bir səbəbi isə odur ki, Tramp “tarazlaşmaya” meyilli siyasətçi deyil, ABŞ maraqlarından çıxış edir və birbaşa sözünü deyir. Ona görə də Tramp Azərbaycanla birgə addım atacaq və qətiyyən “balans” saxlamayacaq



Trampın ailəsində ŞAD GÜN
Trampdan Konqresə müraciət
Trampın səhhəti pisləşdi - "Vaniti Feyr"
Tvitter Trampın hesabını blokladı
Putin-Tramp görüşü niyə baş tutmadı? - Lavrovdan İTTİHAM - VİDEO
Tramp prezidentlikdən imtina etdi
Amerikalılar Trampın dediklərinə inanmır - SORĞU
Trampın impiçmenti elan edildi
Tramp Rza Zərraba görə XİN-ə təzyiq göstərib?
Klinton Trampı ABŞ-a xəyanətdə ittiham etdi
Melaniya "Trampı sevirsiniz?" sualına elə bir cavab verdi ki...
Trampın qərargahından açıqlama: "Tələsdi..."
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 