Qana ehtiyacı olan xəstələrə yardım məqsədilə ölkəmizdə mütəmadi olaraq qanvermə aksiyaları təşkil olunur. Onlardan biri də ötən gün baş tutdu.
ONN media xəbər verir ki, Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü ilə bağlı respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanda könüllü qanvermə aksiyaları keçirilib.
Səhiyyə Nazirliyinin yaydığı rəsmi məlumatda göstərilir ki, həmin qanvermə aksiyaları zamanı Bakı şəhəri üzrə 1 378, respublikanın digər şəhər və rayonları üzrə isə 935 nəfər, könüllü olaraq, ümumilikdə 1 040 litr qan verib.
Qanvermə ilə bağlı keçirilən aksiya sosial şəbəkələrdə də geniş müzakirə mövzusu olub. Müzakirələrə qoşulan vətəndaşların əksəriyyəti aksiyanı dəstəkləsə də, onları maraqlandıran suallara cavab tapmağa çalışanlar da olub.
Məsələn, Aşura ilə bağlı qanvermə aksiyası zamanı toplanan qan kimlər üçün istifadə ediləcək? Ümumiyyətlə, Mərkəzi Qan Bankında toplanan qan ehtiyacı olanlara ödənişli, yoxsa ödənişsiz qaydada verilir?
Mərkəzi Qan Bankından bildirilib ki, qanvermə aksiyasında toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
"Qan verməyin qarşı tərəfin həyatını qurtarmaqla bərabər, donor sağlamlığı üçün də müsbət əhəmiyyəti var. Qanunvericiliyə görə, qan komponentlərinin donorluğu ödənişsizdir.
Mərkəzi Qan Bankında və onun səkkiz regional bölməsində müxtəlif tibb müəssisələrinə tələbnamələrə uyğun olaraq qan və qan komponentləri ödənişsiz və qeyd-şərtsiz buraxılır. Qan donorluğu könüllülük əsasında həyata keçirilir", - deyə açıqlamada vurğulanıb.



Bu saata "Aşura" ilə əlaqədar neçə nəfər qan verib?
Allahşükür Paşazadə qan verdi
Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası başlayıb
Sumqayıtda Aşura günü qanvermə aksiyası keçiriləcək
Aşura günü bu məscidlərdə qanvermə aksiyası keçiriləcək
Aşura günü ilə bağlı qan vermə aksiyası başlayıb
Aşura ilə əlaqədar qanvermə aksiyası başladı
Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir
Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyi qanvermə aksiyası keçirib
Aşura günü könüllü qanvermə aksiyaları keçiriləcək - ÜNVANLAR
YAP-da Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirildi
1233 nəfərdən 554 litr qan toplandı
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 