Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin 45-ci prezidenti və prezidentliyə namizəd Donald Trampla telefon danışığı aparıb.
ONN media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Trampa qarşı sui-qəsd və ondan sonra baş verən hadisələr müzakirə edilib.
Prezident Ərdoğan Donald Trampa qarşı sui-qəsdi bir daha pisləyərək, hücuma görə kədərləndiyini və tezliklə sağalmasını diləyib.
O, həmçinin sui-qəsd cəhdini demokratiyaya hücum kimi qiymətləndirib. Prezident bu mənfur hücumdan sonra Trampın cəsarətli mövqeyinin təqdirəlayiq olduğunu, proqramlarını fasiləsiz davam etdirməsinin demokratiyanı gücləndirdiyini və bunun Amerika xalqının uzaqgörənliyinə inamın göstəricisi kimi qiymətləndirilməli olduğunu bildirib.
Türkiyə Prezidenti ABŞ-də noyabrda keçiriləcək prezident seçkilərinin ABŞ xalqı və Türkiyə-ABŞ münasibətləri üçün faydalı olacağına ümid etdiyini vurğulayıb.



Ərdoğan İsrail prezidenti ilə regionu müzakirə etdi
Ərdoğandan sui qəsdlə bağlı açıqlama
Ərdoğanla Tramp bu barədə telefon danışığı apardılar
Ərdoğandan Moskvaya zəng- Liderlər nəyi müzakirə etdi?
Putin və Ərdoğan arasında telefon danışığı olub- Nə müzakirə olundu?
Ərdoğan Trampla görüşəcək
Ərdoğan Trampla telefonda danışdı: Nələr müzakirə edildi?
Ərdoğan Zelenski ilə son vəziyyəti MÜZAKİRƏ ETDİ
Ərdoğan Makronla regional məsələləri müzakirə etdi
Ərdoğan və Zelenski nəyi müzakirə etdi?
Ərdoğan və Tramp görüşəcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 