"Milan"ın sabiq müdafiəçisi Paolo Maldini hücumçular Kriştianu Ronaldu və Lionel Messi arasında seçim edib.
ONN media bildirir ki, Maldini L.Messiyə üstünlük verdiyini deyib:
"Mən Ronaldunu da, Messini də yaxşı tanıyıram. Hər ikisi son illərdə ardıcıl olaraq "Qızıl top"u qazanıb, lakin mənim fikrimcə, Leo Kriştianudan üstündür. Ronaldu yüksəksəviyyəli oyunçu və güclü şəxsiyyətdir, amma mən Messiyə üstünlük verirəm".
Lionel Messi karyerası ərzində səkkiz "Qızıl top" qazanıb və bu göstərici üzrə rekordçudur. Ronaldu öz növbəsində beş dəfə "Qızıl top"u qazanıb.
Xatırladaq ki, 2018-ci ilin avqustunda Maldini "Milan" klubunun inkişafı üzrə direktor təyin edilib, bir il sonra isə texniki direktor vəzifəsinə keçib. O, 2022-ci ildə "Golden Boy" mükafatının "Ən yaxşı Avropa meneceri" kateqoriyasında qalib olub. 2023-cü ilin iyununda Maldini "Milan"ın texniki direktoru vəzifəsini tərk edib.



Ronaldo Messi ilə oynamayacaq
Messi ilin idmançısı seçildi
İlin ən yaxşıları onlar oldu
Məhkəmə Messi haqqında qərar verdi
Messi Qızıl Topu təqdim etdi
Messi yenidən ilin ən yaxşısı seçildi
Messiyə gecə klubunda hücum etdilər və... - Video
Məşhur klub Messiyə elə bir təklif göndərib ki...
2022-ci ilin ən yaxşı futbolçusu açıqlandı
Messinin illik tələbatı nə qədərdir?
Messi niyə Ronaldodan üstündür?
Ronaldo Avropanın ən yaxşı idmançısı seçildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 