ABŞ-də keçiriləcək seçkilər fonunda dolların möhkəmlənməsi, eləcə də manatın məzənnəsi ilə bağlı son dövrlər xeyli müzakirə aparılır.
ONN media xəbər verir ki, bu müzakirələr fonunda dolların həm bahalaşacağı, həm də ucuzlaşacağı iddia edilir.
Bu iddialara cavab tapmaq üçün Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramova müraciət etdik.
V. Bayramov açıqlamasında bildirdi ki, son bir ildə dolların səbət valyutalara nisbətən məzənnəsində artımlar müşahidə olunub:
“Amma 2024-cü ilin geridə qalan aylarında dolların aparıcı valyutalara nisbətən məzənnəsi praktiki olaraq ciddi dəyişməyib.
Manatın məzənnəsi ölkəyə daxil olan valyutanın həcmindən və neftin dünya bazarındakı qiymətindən asılıdır. Nəzərə almaq lazımdır ki, hazırda 1 barrel neftin qiyməti 80 dollardır. Bu, xüsusən də neft ölkələri üçün münasib qiymət hesab olunur.
Amma Azərbaycan üçün məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır və növbəti dövrlərdə də Mərkəzi Bankın mövqeyi milli valyutanın məzənnəsinin müəyyənləşdirilməsində həlledici olaraq qalacaq.
İqtisadiyyatda müasir çağırışlar, maliyyə stabilliyinin qorunub saxlanması, Mərkəzi Bankın intervensiya imkanlarının genişləndirilməsi kimi faktorlar da nəzərə alınır və bu kontekstdə Mərkəzi Bank həm qlobal regional çağırışları, həm valyuta bazarındakı mövcud dəyişikləri nəzərə almaqla valyuta bazarına intervensiya imkanlarını qoruyub saxlayıb.
Bu kontekstdə növbəti dövrlərdə manatın məzənnəsin müəyyənləşdirilməsində Mərkəzi Bankın mövqeyi həlledici olaraq qalacaq"



Manat dəyər itirəcək? - AÇIQLAMA
Azərbaycanda dollar bahalaşacaq?
Dollar kritik həddə ucuzlaşdı - Manatın məzənnəsinə necə təsir edəcək?
Azərbaycanda dollar bahalaşacaq? - Deputat AÇIQLADI
Azərbaycanda dollar bahalaşa bilər?
Dolların sabaha olan MƏZƏNNƏSİ
Dolların sabaha olan məzənnəsi
Dolların kursu necə dəyişəcək?
Dolların sabaha olan məzənnəsi açıqlandı
Dolların sabaha olan məzənnəsi açıqlandı
Dolların məzənnəsi dəyişdi?
Dolların sabaha olan RƏSMİ MƏZƏNNƏSİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 