Bu gündən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) hərəkət edən müntəzəm marşrut avtobusları birbaşa Xəlil Rza Ulutürk küçəsindən Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Heydər Əliyev prospekti, Qara Qarayev və Zabrat yoluna istiqamətlənir.
ONN media bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, nəticədə Mərkəzdən Heydər Əliyev prospekti, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalıb. 1 gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə düşüb. Sözügedən istiqamət üzrə 31 marşrut üzrə 300-dən çox avtobus sərnişinlərə xidmət göstərir.
Həyata keçirilən dəyişikliklər müntəzəm marşrut avtobuslarının hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atmosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradır.
Əvvəllər avtobuslar Heydər Əliyev prospektindən “Atletlər kəndi” boyunca dövrə vuraraq Ziya Bünyadov prospektinə istiqamətlənirdi. Avtobuslar "Koroğlu" NMM-dən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi 1 800 metrdən çox məsafə qət edirdi.
Layihənin icrası nəticəsində 300-dən çox avtobusun Heydər Əliyev prospektinə daxil olmasının qarşısı alınacaq. Bu da öz növbəsində ərazidə sıxlığın azalmasına öz töhfəsini verəcək.



5 marşrut xəttinin hərəkət sxemi dəyişib
Bakıda marşurutlar üzrə gecikmələr baş verdi
Bu marşrut avtobuslarının hərəkət sxemi dəyişdi
SON DƏQİQƏ: Paytaxtın bu yollarında sıxlıq var
Bu marşrutların hərəkət xətti dəyişdirildi
Bakıda 21 avtobus yolda qaldı- SƏBƏB İSƏ...
Bakıda bu istiqamətlərdə güclü TIXAC VAR
Bu yollarda sıxlıq var - SİYAHI
Paytaxt yollarında SIXLIQ: Onlarla avtobus yolda qaldı
Bakının bu yollarında sıxlıq var, avtobuslar GECİKİR
SON DƏQİQƏ: Bakının bu küçələrində sıxlıq yaşanır
Bu yollarda tıxac var: Avtobuslar gecikir - SİYAHI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 