Bu gün Azərbaycanın üç güləşçisi və çəkicatmadakı təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.
ONN media xəbər verir ki, qadın güləşçilərin mübarizəsində Azərbaycanın yeganə təmsilçisi olan Mariya Stadnik ilk görüşünə çıxacaq. O, 1/8 finalda almaniyalı Anastasiya Blayvasla üz-üzə gələcək. Bu, Stadnikin karyerasında 5-ci olimpiadadır.
Yunan-Roma güləşçilərinin yarışında isə Sənan Süleymanov Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşacaq. 77 kq çəki dərəcəsində qüvvəsini sınayan Süleymanov da yarışa 1/8 finaldan qoşulacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 13:00 radələrində keçiriləcək.
Daha bir yunan-Roma güləşçimiz Sabah Şəriəti isə bürünc medal uğrunda görüşdə mübarizə aparacaq. 130 kq çəki dərəcəsində yer alan Şəriəti Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi ilə qarşılaşacaq. Üçüncü yer uğrunda görüşlər saat 20:15-də start götürəcək.
Azərbaycan çəkicatanı Anna Skidan isə finalda rəqiblərini üstələməyə çalışacaq. Təsnifat mərhələsində 32 atlet arasında 6-cı yeri tutaraq finala vəsiqə əldə edən atletimiz medal uğrunda yarışacaq. Həlledici mərhələdə 12 idmançı çıxış edəcək. Mübarizəyə Bakı vaxtı ilə saat 21:50-də start veriləcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.



Tokio-2020: Şərif Şərifov bürünc medal uğrunda mübarizə aparacaq
Paris-2024: Azərbaycan güləşçisi qələbə qazanıb
Həsrət Cəfərov və Rafiq Hüseynovun rəqibləri bəlli oldu
Mariya Stadnik 8 qat Avropa çempionu oldu
Güləşçimiz Avropa çempionu oldu
Güləşçimiz məğlub oldu
Güləşçimiz ermənini məğlub edərək bürünc medal qazandı
Mariya Stadnik qızıl medal qazandı
Qadın güləşçimiz Avropa çempionatının finalına yüksəldi
Azərbaycan növbəti medalını qazandı
Daha iki güləşçimiz finala yüksəldi
Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 