Bu gün Abşeron rayonunun Mehdiabad qəsəbə qəbiristanlığında Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş 4 hərbçimizin nəşi dəfn olunub.
ONN media xəbər verir ki, araşdırmalar zamanı kimlikləri müəyənləşdirilən şəhidlərimizin (Elman Camalov, Əbülfəz Əbilov, Tahir Şirinov, Cavanşir Hüseynov) dəfn mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, rayonun hüquq-mühafizə orqanlarının və idarə-təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirtak edib.
Mərasimdə hərbi orkestrın müşayəti ilə Dövlət Himni səslənib, yaylım atəşi açılıb, dular oxunub. Sonra şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.
Dəfn mərasimində şəhid ailələri vurğulayıblar ki, hər zaman əzizlərinin məzarının və ziyarət yerlərinin olmasını arzulayıblar. Bu arzularına çatdıqlarına, şəhidlərinin nəşinin tapılaraq gətirilib dəfn edilməsinə və dövlətimiz tərəfindən şəhid ailələrinə daimi diqqət və qayğının göstərildiyinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, bu il aparılan araşdırmalar nəticəsində kimliyi məlum olan şəxslərdən 4 nəfərin - şəhid Camalov Elman Hüseyn oğlu (23.06.1970-26.01.1992), şəhid Əbilov Əbülfəz Əbülfət oğlu (12.02.1961-19.01.1994), şəhid Şirinov Tahir Şirin oğlu (23.08.1959-23.10.1993) və şəhid Hüseynov Cavanşir Ərşad oğlu (15.07.1960-23.10.1993) olduğu müəyyənləşib



Yeni icra başçıları kollektivə təqdim olundu
Bu icra başçıları YAP-dakı vəzifələrini İTİRDİLƏR -SİYAHI
Ötən gün həlak olan hərbiçimiz dəfn edildi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident bu rayonlara yeni icra başçıları təyin etdi
Gəncədə şəhidlərin xatirəsi anıldı
İcra başçısının ailəsində AĞIR İTKİ
Prezidentdən mühüm sərəncam
İlham Əliyev yeni icra başçısı təyin etdi
Şəhid Turqut Xəlilbəylinin doğum günü qeyd olunub
Əli Əsədov qərar imzaladı: Yeni komissiya yaradıldı
Nazirlik icra başçısının fəaliyyətini yoxlayır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 