Məşhur türkiyəli aktyor Aydemir Akbaş Tan vəfat edib.
ONN media Türkiyə KİV-ə istinadən xəbər verir ki, yenidən xərçəngə tutulan Akbaş müalicə aldığı xəstəxanada 88 yaşında dünyasını dəyişib.
88 yaşlı aktyor dünən evində huşsuz vəziyyətdə tapılıb və təcili olaraq xəstəxanaya çatdırılıb. Dərhal reanimasiyaya alınan Aydemir Akbaş üçün yaxın dostu İbrahim Tatlısəs dua istəyib.
Xatırladaq ki, daha əvvəl kolon, qırtlaq və bağırsaq xərçəngi ilə mübarizə aparan Aydemir Akbaş yenidən xərçəngə tutulduğunu açıqlamışdı.
Kino aktyoru, rejissor, ssenarist Aydemir Akbaş Tan 1936-cı il martın 3-də İstanbulda anadan olub. O, İtaliya və Qalatasaray liseylərində təhsil aldıqdan sonra bir müddət jurnalist kimi fəaliyyət göstərib. Sonra teatrda aktyorluq etməyə başlayıb. “Keşanlı Ali Destanı”, “Direkler Arası”, “Zilli Zərife”, “Ferhat ile Şirin” kimi tamaşalarda rol alıb.
O, 40-ı komediya olmaqla 127 filmdə rol alıb, 8 filmə rejissorluq edib, 30-a yaxın teatr tamaşasında rol alıb. O, bir çox seriallarda da çəkilib. O, 33 filmin ssenarisini yazıb



Məşhur türkiyəli aktyor vəfat etdi
Məşhur aktyor dünyasını dəyişdi
Məşhur aktyor infarktdan vəfat etdi
"Rokki" filminin aktyoru vəfat etdi
Məşhur aktyor dünyasını dəyişdi
Məşhur aktyor vəfat etdi
Məşhur aktyor vəfat etdi
Türkiyəli aktyor vəfat etdi
Məşhur aktyor vəfat etdi
Məşhur aktyor vəfat etdi
SON DƏQİQƏ: Türkiyəli məşhur aktyor film çəklişi zamanı VƏFAT ETDİ
Məşhur türkiyəli aktyor vəfat etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 