Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad olunub.
ONN media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
“Gömrük tarifi haqqında” qanuna edilmiş dəyişikliklə müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialın və xammalın idxalı gömrük rüsumundan azad olunub.
Bundan başqa, Vergi Məcəlləsinə edilmiş dəyişikliklə isə müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların və xammalın idxalı, habelə həmin şəxslər tərəfindən istehsal edilmiş müdafiə təyinatlı məmulatların satışı, təmiri və onlara texniki xidmət göstərilməsi vergidən azad edilib



Bu mallar gömrük rüsumlarından azad edilir - Prezident TƏSDİQLƏDİ
Qızıl və gümüş idxalı 3 il ƏDV-dən AZAD EDİLDİ
Prezidentdən gömrüklə bağlı təklif
Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib
Parlamentin iclası başladı
Bu avtomobillər gömrük rüsumundan azad edildi
Prezidentdən çörəklə bağlı VACİB SƏRƏNCAM
Nazirlər Kabineti tibbi maska ilə bağlı qərar verdi
Əli Əsədov bu məsələ il ə bağlı qərar imzaladı
Lombard kreditləri ilə bağlı yeni qanun LAYİHƏSİ
İlham Əliyevdən UEFA-2020 ilə bağlı - QƏRAR
Azərbaycan yeni silahlar istehsal edəcək- SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 