Mən Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm. Yanğınların söndürülməsi üçün təyyarə göndərdi. Bu təyyarə ilə yanğınları çox effektiv şəkildə söndürdük.
ONN media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra etdiyi çıxışında bildirib.
Onun sözlərinə görə, ümumilikdə Türkiyə meşələrində baş verən yanğınların sayı 53 faiz artaraq 5 540-a çatıb:
“27 təyyarə, 105 helikopter və 5 mindən çox quru texnika yanğınların söndürülməsində iştirak edir. Təkcə 15-19 avqust tarixləri arasında 306 meşə yanğını baş verib. Müvafiq nazirlər daim yerlərdə olurlar. Mən də onlardan mütəmadi məlumat alıram”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə göndərilib. Təyyarə hazırda Uşak-Eşme istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.



İlham Əliyev Ərdoğanla danışdı- TƏYYARƏ GÖNDƏRİR
Ərdoğan Azərbaycanlı yanğınsöndürənlərlə görüşdü
Ərdoğan buna görə Azərbaycana təşəkkür etdi
Türkiyədə son durum necədir?
Türkiyəyə əlavə heyət göndərilir - Prezident
FHN-in yanğın-xilasetmə qrupu Türkiyədən qayıtdı
Ərdoğan meşə yanğınları olan bölgələrə gedəcək
FHN-in Türkiyədə olan yanğın-xilasetmə qrupu vətənə qayıdır
İlham Əliyev Ərdoğana zəng etdi - SON DƏQİQƏ
Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Ordu əyalətinə çatdı
FHN-in 4-cü qrupu Türkiyəyə yola düşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 