Texnologiya nəhəngi Apple iPhone 16-nı "It"s Glowtime" adı ilə ictimaiyyətə təqdim edib.
ONN media xəbər verir ki, bütün dünyanın yaxından izlədiyi tədbirdə iPhone 16-dan əlavə Apple ailəsinə yeni əlavə olan Apple watchOS 10 kimi yeni məhsullar da təqdim edilib. Tədbirdən sonra istifadəçilər iPhone 16 xüsusiyyətləri, satış qiyməti və rəng seçimlərinə diqqət yetiriblər. Yeni iPhone 16 innovativ xüsusiyyətləri və maraqlı dizaynı ilə diqqət çəkir. Apple-ın baş direktoru Tim Kuk tədbirdəki çıxışında iPhone 16-nın istifadəçi təcrübəsini növbəti səviyyəyə daşıyacağını bildirib.
Yeni iPhone 16-nın xüsusiyyətlərini sizə təqdim edirik.
1) Yeni model "Apple Intelligence" adlanır və süni intellekt xüsusiyyətləri ilə diqqət çəkir. Cihazın ekranı 50% daha möhkəm keramika ekranla qorunur və "aerokosmik" alüminiumdan hazırlanıb. Yeni kamera sistemi və təkmilləşdirilmiş batareya ömrü kimi xüsusiyyətlər də var.
2) iPhone 16 6,1 düymlük Super Retina XDR displeylə gəlir. Bu displey daha canlı rənglər və daha yüksək parlaqlıq təqdim etməklə istifadəçilərin vizual təcrübəsini zənginləşdirir.

3) Yeni iPhone 16-nın kamera sistemi 48 MP əsas kamera və 12 MP ultra geniş bucaqlı kamera ilə təchiz edilib. Bu kameralar az işıqda performansını artırsa da, süni intellektlə dəstəklənən fotoqrafiya xüsusiyyətləri ilə də diqqət çəkir. Gecə rejimi, portret rejimi və yeni kino rejimi kimi xüsusiyyətlər istifadəçilərə peşəkar keyfiyyətli foto və videolar çəkməyə imkan verir.
-Əsas Kamera (Geniş Bucaq): 48 MP Sony IMX903 sensoru, 24 mm lens ekvivalenti və optik görüntü sabitləşməsi (OIS).
-Ultra Geniş Bucaqlı Kamera: 48 MP, 1/2,6" sensor ölçüsü, 0,7 um piksel ölçüsü, f/2,2 diyafram və 13 mm lens ekvivalenti
-Telefoto Kamera (iPhone 16 Pro və 16 Pro Max): 5X optik böyütmə, 12 MP, 1/3,06" sensor ölçüsü, 1,12 um piksel ölçüsü, f/2,2 apertura, 120 mm obyektiv ekvivalenti və OIS.
Bildirilir ki, iPhone 16 Pro hazırda Pro Max modelləri üçün eksklüziv olan 5x periskop kamera obyektivinə sahib olacaq. Yalnız iPhone 16 Pro və Pro Max eyni kamera sistemi ilə təchiz olunmayıb. Qeyd edək ki, onun ilk dəfə 120 kadr / saniyədə 4K video çəkə biləcəyi iddia edilirdi. Bu funksiya iPhone 15 Pro modellərində 4K-da 60 fps ilə məhdudlaşır.
Bundan əlavə, xarici yaddaşa qoşulduqda iPhone 16 Pro və Pro Max 120 kadr sürətlə ProRes 4K çəkə biləcək. Apple-ın həmçinin "QuickTake" funksiyasını 1080p-dən 4K-a təkmilləşdirməsi gözlənilir.

4) iPhone 16 Apple-ın ən son A18 Bionic çipi ilə təchiz edilib. Bu çip daha sürətli performans və enerji səmərəliliyi təmin edir. Bu yeni prosessor sayəsində oyunlar, proqramlar və çoxlu tapşırıqlar daha sürətli işləyir.
5) iPhone 16 128 GB, 256 GB və 512 GB yaddaş seçimləri ilə gəlir. İstifadəçilər ehtiyaclarına uyğun olaraq müxtəlif yaddaş tutumları arasından seçim edə bilərlər.
6) Apple iPhone 16-da süni intellekt xüsusiyyətlərinə böyük əhəmiyyət verib. Siri, OpenAI-nin ChatGPT texnologiyası ilə inteqrasiya olunub və bu, istifadəçi üçün daha rahatdır. Siri artıq istifadəçilərlə daha təbii və səlis ünsiyyət qura bilir.

7) Bildirilib ki, qlobal qiymət baxımından ən ucuz versiya - iPhone 16 128 GB 799 dollar olacaq. 256 GB və 512 GB versiyaların müvafiq olaraq 899 və 1099 dollara satılacağı açıqlanıb.
8) Xarici mənbələrdən alınan xəbərlərə görə iPhone 16-nın rəngləri belədir; Səhra titanı, qara, ağ, yaşıl, sarı, çəhrayı, mavi, bənövşəyi.



"İphone 14" ün ilk görüntüləri yayıldı
İphone 16 təqdim edildi
“Apple” 9 yeni “iPhone” təqdim edəcək
“Apple” 3 yeni “iPhone” təqdim edəcək
iOS 14-ü hansı iPhone modelləri əldə edəcəklər?
İphone 16 almaq istəyənlərə PİS XƏBƏR
"iPhone 11" Bakıda - QİYMƏTLƏRİ
"iPhone 11"in özəllikləri açıqlandı
"Apple" sevənlərinə PİS XƏBƏR
Ucuz iPhone 12 nə vaxt təqdim ediləcək?
"İphone"nin yeni modelinin qiyməti açıqlandı
Apple "İphone-16" modelində dəyişiklik edəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 