Bir müddət əvvəl Azərbaycanda ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrinin sığorta hesabına qarşılanması təklifi irəli sürülmüşdü.
Maraqlıdır, görəsən, icbari tibbi sığorta vasitəsilə dərmanlar nə zaman pulsuz veriləcək?
ONN media xəbər verir ki, məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin sığorta təminatına alınması üçün "Tibbi sığorta haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən əlaqədar dövlət qurumları ilə razılaşdırılaraq müvafiq dövlət qurumuna təqdim olunub.
Qanunun təsdiqindən sonra əlaqədar qaydaların hazırlanması və mövcud qaydaların təkmilləşdirilməsi nəzərdə tutulur.
Mövcud qanunvericilik dərman vasitələrinin təminatı üçün yeni maliyyələşdirmə mexanizmlərinə uyğunlaşdırıldıqdan sonra ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin mərhələli şəkildə icbari tibbi sığorta hesabına qarşılanması prosesinə başlanılacaq.
Prosesin tam və müasir standartlarda tətbiqi üçün texniki məsələlərin də tənzimlənməsi istiqamətində hazırlıq işləri görülür.
Hazırda isə təcili və təxirəsalınmaz tibbi xidmətlər, stasionar tibbi yardım və ambulator şəraitdə tibb müəssisələrində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərf icbari tibbi sığorta hesabına qarşılanır.



Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
Bu xəstəxanalara verilən dərman sayı artırılacaq
Vasif Talıbov Dövlət Agentliyinin statusunu dəyişdi
İcbari siğorta ilə bağlı YENİLİK
Bu, daha bir il müddətinə təxirə salındı - Qanun
Dərman təminatı ilə bağlı YENİLİK GÖZLƏNİLİR
Aptekdən PULSUZ DƏRMAN ala biləcəksiniz: Şəxsiyyət vəsiqəsi ilə...
Vətəndaşlar BU ANALİZLƏRİ pulsuz verə biləcək
Milli Məclis bu qanunları ləğv etdi
İcbari tibbi sığorta üçün maaşdan daha çox pul tutulacaq
Bu dərmanları pulsuz əldə edə biləcəyik
Ölkədə tibbi arayışlar ödənişli olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 