Məşhur sənətçi Sertab Erener 32 illik karyerasında ən böyük qorxusunu yaşadığını açıqlayıb.
ONN media xəbər verir ki, iyul ayından bəri sənətçinin konsertləri ləğv olunmaqda davam edir.
Bu dəfə müğənninin lazımi şərtlərin təmin oluna bilmədiyi səbəbi ilə İzmir konserti ləğv edilib. Mövzu ilə bağlı açıqlamanı Sertab Erener özü verib.
Bir neçə aydır ki, ləğv olunmaların onunla bağlı olmadığını vurğulayan müğənni səhhətində yaranan problemlər istisna olmaqla, konsertini ləğv etmədiyini bildirib:
“Əvvəla, bu açıqlamanı vermək məcburiyyətində qaldığım üçün çox təəssüflənirəm. Biletləri hələ satışda olan İzmirdə sentyabrın 18-də verəcəyim konserti təşkilatçı şirkət konsertin baş tutması üçün lazımi şəraiti təmin edə bilmədiyi üçün ləğv etməli oluram. Eyni səbəblərdən onu da deyim ki, iyul ayından bəri davam edən konsert ləğvlərinin heç biri mənimlə bağlı deyil. Çünki səhhətimdə yaranan problemlər bir yana, konserti ləğv edib sizi yarı yolda qoymaq 32 illik karyeramın ən böyük qorxusudur. Ona görə də dinləyicilərimdən üzr istəyirəm. Tezliklə başqa konsertlərdə görüşmək həyəcanı ilə. Mən sizi çox sevirəm, anlayışınız üçün təşəkkür edirəm”.



Ermənipərəst müğənninin Bakı konserti ləğv edilib?
Rusiyada Qalkinə qarşı təzyiqlər davam edir - Konserti ləğv olundu
Bakıda konset verəcəkdi amma...
Erməniyə dəstək olan müğənninin Bakı konserti ləğv olundu
Məşhur müğənnidən pis XƏBƏR
Məşhur müğənninin konsertini 7500 nəfər izlədi
Konserti ləğv edilən müğənni ağır danışdı: Şərəfsizlər...
Murad Arifin bugünkü konserti ləğv olundu - Səbəb
GAZAPİZM Bakıdakı konserti TƏXİRƏ DÜŞDÜ
Məşhur müğənni İsraildə verəcəyi konserti ləğv edib
33 aviareys ləğv edildi - SƏBƏB
“Eurovision 2019” ləğv edilir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 