ONN İnformasiya Agentliyi

Gəlin maşını qəzaya düşdü- ÖLƏNLƏR VAR

Gəlin maşını qəzaya düşdü- ÖLƏNLƏR VAR
21-09-2024, 19:47

Naxçıvanda ağır yol qəzası olub.

ONN media xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil 74-BC-207 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində VAZ-2106-nın sürücüsü Təbriz Fəxrəddin oğlu Məmmədov hadisə yerində ölüb. Avtomobildəki sərnişin Təbriz Yadulla oğlu Əsgərli ağır xəsarət alıb.

Qəza zamanı həmçinin digər avtomobilin sürücüsü, Fərid Emin oğlu Rəsulov, sərnişinlər - Elvin Zeynalabdin oğlu Tağıyev və Tayfun Amin oğlu Qulubəyli ciddi xəsarət alıb.

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Qeyd edək ki, hadisə Fərid Rəsulovun toyu zamanı baş verib

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png