Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.
ONN media Yenisabah.az-a istinadən xəbər verir ki, qüvvədə olan qanunvericiliyə görə, parlamentin ilk iclasına yeni tərkibdə seçilmiş Milli Məclisin ən yaşlı deputatı rəhbərlik edəcək. Sonra Milli Məclisin sədri, sədrin birinci müavini və daha iki müavin seçiləcək.
Qeyd edək ki, Milli Məclisin rəhbərliyində dəyişikliklərin olacağına dair gözləntilər var. Hətta spikerin və birinci vitse-spikerin yeni deputatlarla əvəzlənəcəyi iddia olunur.
Hakimiyyət komandasının nüfuzlu simalarından biri açıqlamasında parlament rəhbərliyində dəyişikliklərin qaçılmaz olduğunu deyib. Onun sözlərinə görə, hazırda Milli Məclis rəhbərliyində təmsil olunan 4 nəfərdən ən azı ikisi kürsüsünü başqa deputat həmkarlarına təhvil verəcək.
Mənbə iki deputatın – Sahibə Qafarovanın və Əli Əhmədovun sədr seçilmək şansının olduğunu bildirib. Onun sözlərinə görə, Sahibə Qafarovanın parlamentə rəhbərlik etmək şansı Əli Əhmədovla müqayisədə daha yüksəkdir.
Məlumatlı şəxs birinci müavin və digər iki müavin postlarını tutmaq şansı olan deputatların da adlarını açıqlayıb. O, millət vəkillərindən Əli Hüseynlinin, Fazil Mustafanın, Şahin Seyidzadənin, Fəzail İbrahimlinin, Erkin Qədirlinin və Qaya Məmmədovun parlament rəhbərliyində təmsil oluna biləcəyini istisna etməyib



Milli Məclisə yeni sədr seçiləcək
Sahibə Qafarovanın Sergey Lavrovla görüşü başladı
Bu gün Milli Məclisin sədri seçiləcək
Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir
Milli Məclisin ilk iclası bu tarixdə keçiriləcək
SON DƏQİQƏ: Milli Məclisə yeni sədr seçildi
Deputatların maaşları artırıldı
Milli Məclisin iclası başladı
Bu deputatlara maşın verilir - Siyahı
Milli Məclisin ilk iclası bu tarixdə keçiriləcək
Sahibə Qafarova Rusiyada mühüm iclasda
Milli Məclisin iclası başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 