Hər ölkədə hərbi xidmətə çağırış qaydaları, çağırış yaşı və xidmətin müddəti müxtəlifdir. Azərbaycanda gənclərin hərbi xidmətə çağırış yaşı 18, əsgərlik müddəti ali təhsilli oğlanlar üçün 12 ay, ali təhsili olmayanlar üçün 18 ay müəyyən edilib. Həmçinin müddətdən artıq hərbi xidmət də mövcuddur ki, bunun da öz qaydaları var. Məsələn, qardaş Türkiyədə hərbi xidmətə çağırış yaşı 21-dir.
Bəs ölkəmizdə çağırış yaşının 19 və ya 20-yə qaldırılması mümkündürmü? Bununla bağlı təkliflər varmı?
Mövzu ilə bağlı yenisabah.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda bu mövzu ətrafında hər hansı müzakirə yoxdur:
"Azərbaycanın çağırışla əlaqədar müvafiq qurumları tərəfindən müddətli hərbi xidmətə çağırış yaşının artırılması müzakirə olunmur. Bu yaş həddinin dəyişdirilməsi ilə bağlı heç bir ciddi müzakirələr getmir. Yaxın perspektivdə də bu mövzuda müzakirələrin olacağını gözləmirəm. Məncə, buna hələlik ehtiyac da yoxdur. Hərbi xidmətə 18 yaşında çağırılan bir əsgər 19-20 yaşında ya evinə qayıda bilir, ya da orduda müvafiq vəzifələrdə qalıb xidmətini MAXE kimi davam etdirə bilir".
Ekspertin fikrincə, müddətli həqiqi hərbi xidmətlə bağlı yaş həddində ediləcək dəyişiklik bir sıra texniki problemlər yarada bilər:
"Digər tərəfdən, xidmət yaşının artırılmasının yarada biləcəyi texniki problemlər də var. Yəni yaş həddi artırılırsa, məsələn, 19 yaş olarsa, ən az 4 çağırış hərbi xidmətə əsgər çağırılmayacaq. Bəs bu məsələni necə həll edəcəyik? Ona görə də bu təkliflər hələki aktual deyil və müzakirəsi aparılmır. Ümumiyyətlə, hələlik aparılması da məqsədəuyğun deyil".



Hərbi xidmətə çağırış yaşı dəyişdirilir?
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Azərbaycanda hərbi xidmətə çağırış başladı
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Azərbaycanda hərbi xidmətə çağırış başlayıb
Bu gündən hərbi xidmətə növbəti çağırış başladı
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Hərbi xidmətə çağırış başladı
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Hərbi xidmətə çağırış müddəti uzadıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 