İranın İsrailə mümkün raket hücumu ilə bağlı xəbərlər fonunda neft və qızıl qiymətləri kəskin bahalaşıb.
Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçerslərinin dəyəri 2,84% artaraq bir barelə görə 73,74 dollar olub. Eyni zamanda, Çikaqo əmtəə birjasında (CME) dekabr qızıl fyuçerslərinin qiyməti 1,24% artaraq 1 unsiya üçün 2692,4 dollar olub.
CNBC telekanalı ABŞ prezident administrasiyasının nümayəndələrinə istinadən xəbər verib ki, İranın İsrailə yaxın gələcəkdə ballistik raketlərdən istifadə etməklə həyata keçirilməsi planlaşdırılan hücuma hazırlaşdığı barədə ABŞ məlumatlar əldə edib.
İsrailin İranın dəstəklədiyi Hizbullah qruplaşmasının mövqelərinə silsilə hava zərbələri endirməsindən sonra son bir həftə ərzində Yaxın Şərqdə gərginlik kəskin şəkildə artıb.
"Rapidan Energy"nin prezidenti Bob Maknelli verdiyi açıqlamada qeyd edib ki, əgər İran hücum etsə, eskalasiya dövrü sürətlə güclənə və bu, davamlı, hətta artan geosiyasi riskə səbəb ola bilər



Neft bahalaşdı
Dünya birjalarında neft bahalaşdı
"Brent" markalı neftin qiyməti 77 dolları ötdü
Dünya birjalarında neft SON QİYMƏTİ
Dünya birjalarında neft bahalaşır
Neftin SON QİYMƏTİ
Dünya birjalarında neft bahalaşıb
"Brent" markalı neftin qiyməti 110 dolları ötdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 