ONN İnformasiya Agentliyi

Nazirlik COP29-la əlaqədar tədbirlər planı hazırladı

Nazirlik COP29-la əlaqədar tədbirlər planı hazırladı
3-10-2024, 11:49

Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb.

ONN media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov oktyabrın 3-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, orta və ali məktəblərdə ekoloji şüur formalaşdırılmalıdır: "İnsan kapitalının ali təhsildə vacib rolunu nəzərə alsaq, iqlim maarifləndirməsində ali təhsilin trayektoriyasını genişləndirmək vacibdir".

F.Qurbanov bildirib ki, bu həftə təhsil müəssisələrində "Yaşıl həftə" elan olunub: "Seminarlarla şagirdlərdə və tələbələrdə mədəniyyətin formalaşdırılmasına çalışırıq".

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png