Azərbaycanın ali təhsil müəssisələrində tədqiqat və ixtira fəaliyyətinin genişləndirilməsi üçün həvəsləndirici mexanizmlərin hazırlanması planlaşdırılır.
ONN media xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” adlı layihənin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ali təhsil müəssisələrində tədqiqat və ixtira fəaliyyətinin genişləndirilməsi üçün “Açıq İnnovasiya” konsepsiyasının hazırlanması da nəzərdə tutulur.
Nazir müavini hesab edir ki, bu, mövcud tədqiqat və ixtira imkanlarından daha yaxşı istifadə edilməsinə və yeni investisiyaların stimullaşdırmasına imkan yaradacaq.
F.Qurbanov əlavə edib ki, son illərdə Azərbaycanın ali təhsil sistemində mühüm islahatlar həyata keçirilir, tədqiqat, ixtira, innovasiya yönümlü layihələrə dəstək verilir.
Qeyd edək ki, Avropa İttifaqı ilə birgə həyata keçirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların idarəolunması üçün imkanların yaradılması, tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsi və müasir doktorantura təhsil proqramlarının formalaşdırılması nəzərdə tutulur.
Həmçinin ali təhsil sistemində milli koordinasiya modelinin tətbiq olunması məqsədilə biri maliyyə mexanizmi olmaqla, üç dəstək mexanizmi hazırlanacaq. Həmin mexanizmlərdən biri pilot olaraq həyata keçiriləcək. Trend



Azərbaycanda iki yeni universitet yaradılacaq
Nazirlikdən yeni tədris ili ilə bağlı tapşırıqlar
DİQQƏT: Bu müəllimlər təhsil müəssisələrinə buraxılmayacaq
Nazirlik COP29-la əlaqədar tədbirlər planı hazırladı
Azərbaycanda növbəti tədris ili nə vaxt başlayacaq? - RƏSMİ
Bu gün Azərbaycan məktəblərində "Son zəng"dir
Nazirlik universitetlərlə bağlı bu qaydaları təsdiqlədi
Təhsil nazirinin müavini: "Bu intiharların bir neçə səbəbi var"
Məktəblərin bağlanmasına nazir müşavirindən - MÜNASİBƏT
Nazirdən şad xəbər- "Dövlət sifarişli yerlər artırılacaq"
"Qarabağ" universitetinin tələbələri təqaüd alacaq?
Məktəblərdə qış tətilinin vaxtı açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 