Son vaxtlar şagirdlərin intiharı ilə bağlı baş verən halların bir neçə səbəbi var.
ONN media xəbər verir ki, bunu “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Onun sözlərinə görə, bəzən ailədaxili mühit, bəzən də uşaqların psixikasının pozulması intihara səbəb olur: "Uşaqların psixikası pozulduqda artıq həkimlər bu işə qarışmalıdırlar. Bəzən görürsən ki, məktəbdə uşağa müəllimlər tərəfindən yaxşı münasibət olmur, o da intihara cəhd edir. Burada çox suallar ortaya çıxır, cəmiyyət bunların hamısını tənzimlənməlidir. Təhsil Nazirliyi olaraq biz bu məsələlərə çox həssas yanaşırıq".
F.Qurbanov deyib ki, təhsilin əsas vəzifəsi təlimlə yanaşı, tərbiyəyə diqqət yetirməkdir. Çünki bu, gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır: "Ailədaxili mühit uşaqların tərbiyəsinə təsir göstərir. Hər bir müəllim də təkcə müəllim deyil, həm də tərbiyəçi olmalıdır".
Nazir müavini əlavə edib ki, hazırda Azərbaycanda 1 milyon 600 mindən çox şagird təhsil alır. Onlara təxminən 150 min müəllim dərs keçir: "Hər məktəbdə psixoloq var. Biz onların təlimləri ilə uşaqların tərbiyəsinə təsir göstərməyə çalışırıq".



Bu şəxslərin maaşı artırılır
Nazirlik COP29-la əlaqədar tədbirlər planı hazırladı
Ali məktəblərdə YENİLİK OLACAQ
Təhsil Naziri valideynlərə müraciət etdi
DİQQƏT: Bu müəllimlər təhsil müəssisələrinə buraxılmayacaq
Bağçalarda tərbiyəçilər hansı meyarlara əsasən seçilir? - AÇIQLAMA
Füzulidə “Bayraq yürüşü” keçirildi - Foto
Məktəblərdə neqativ hallar hələ də davam etməkdədir — Nazir müavini
“Məktəblərin açılması real görünmür” - Nazir müavini
Doğum evlərində süni uşaq qidaları satılır?
Nazir müavinindən Təhsil Tələbə Krediti ilə bağlı mühüm açıqlama
Təhsil Nazirliyi ona tapşırıldı- Sərəncam
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 