Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında Heydər Əliyev Fondu zəlzələ nəticəsində yaranan problemlərin qısa zamanda həll edilməsinə səy göstərəcək. ONN media xəbər verir ki, bu barədə Publika.az-a Heydər Əliyev Fondundan verilən məlumatda bildirilir. Məlumata əsasən, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri gün ərzində zəlzələdən zərər çəkmiş ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zərərçəkmiş sakinlərlə görüşən RİİB nümayəndələri ərazilərə baxış keçirib. Toplanmış məlumatlar Fondun rəhbərliyinə məruzə edilib. Heydər Əliyev Fondu zəlzələ nəticəsində yaranan problemlərin həllində qarşıdakı günlərdə də dövlət qurumları ilə birlikdə sıx işləyərək sakinlərin məskunlaşması və rahatlıqlarının qısa zamanda təmin edilməsinə səy göstərəcək. Eyni zamanda təbii fəlakət nəticəsində evlərini tərk etməyə məcbur qalan vətəndaşlarla daim əlaqədə olaraq onların qayğılarının aradan qaldırılması istiqamətində işlər aparılacaq.
Mehriban Əliyeva zəlzələ ilə bağlı tapşırıq verdi



Mehriban Əliyeva 12 şəhid ailəsiylə bağlı tapşırıq verdi
Mehriban Əliyeva Gəncədə - FOTO
Mehriban Əliyeva Xalq artistinə avtomobil HƏDİYYƏ ETDİ
Heydər Əliyev Fondu 100 min ailəni sevindirəcək
Birinci xanımın təşəbbüsü ilə kasıb ailələrə qurban əti paylanır
Mehriban Əliyeva yardımla bağlı göstəriş verdi
Mehriban Əliyeva "Uşaq festivalı" ilə bağlı paylaşım edib
Mehriban Əliyevadan təqdirəlayiq addım
Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil edib
Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak edib
Mehriban Əliyeva Həlimə xanımın yas xərcini üzərinə götürdü
Birinci vitse-prezident Xalq artisti ilə bağlı tapşırıq verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 