ABŞ Prezidenti Donald Tramp ölkəsinin müdafiə xərcləri barədə danışıb. ONN media xəbər verir ki, Tramp Cənubi Koreya və Səudiyyə Ərəbistanının müdafiə üçün ABŞ-a daha çox pul ödəməli olduğunu bildirib. “Şimali Koreyaya görə ildə 5 milyard xərcləyirik, ancaq qarşılığında biz onlardan 500 milyon dollar alırıq. Bundan daha yaxşısını etməliyik. Buna görə də Cənubi Koreya bizə 500 milyon daha ödəməyi qəbul etdi. İllər ərzində isə daha artığını ödəyəcək. Eyni vəziyyət Səudiyyə Ərəbistanı üçün də qüvvədədir. Biz Səudiyyə Ərəbistanını qoruyuruq. Onları isə puldan başqa heç nəyi yoxdur”, - Tramp bildirib. (Axar.az)
Tramp: "Bu ölkənin puldan başqa heç nəyi yoxdur"

