ABŞ Prezidenti Donald Tramp neftin qiymətləri ilə əlaqədar Rusiya və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə söhbətlərində ölkəsinin hasilatın azaldılması ilə bağlı mümkün güzəştləri müzakirə etmədiyini söyləyib. ONN media xəbər verir ki, Tramp Rusiya və Səudiyyə Ərəbistanının dünya bazarlarında vəziyyətin yaxşılaşdırılması üçün hasilatın həcmi ilə bağlı tezliklə razılaşma əldə edə biləcəyini bildirib. “Bu, Rusiya və Səudiyyə Ərəbistanı üçün çox yaxşı olar. Ümid edirəm ki, bu müqaviləni bağlayacaqlar - mənə dedikləri budur. Bunun yaxınlarda baş verəcəyini gözləyirik. Ümid edirəm ki, tezliklə elan edəcəklər”, - Tramp deyib. Daha əvvəl Tramp Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanla dünyanın enerji bazarındakı vəziyyəti müzakirə etdiyini qeyd edib. Rusiya ilə yanaşı, ABŞ-ın da gündəlik hasilatı 10 milyon barel azalda biləcəyini təklif edib. 20 dəqiqə sonra isə hasilatın 15 milyon barel azaldıla biləcəyini bildirib. Aprelin 2-də Səudiyyə Ərəbistanı OPEK+ sazişində iştirak edən ölkələrin və digər dövlətlərin ədalətli razılığa gəlmək və neft bazarlarında tarazlığı bərpa etmək məqsədi ilə təcili iclasını çağırıb.(teleqraf.com)
Neftlə bağlı üç ölkə razılığa gəlir - YENİ İRƏLLƏYİŞ



Trampdan neft hasilatının ixtisarı ilə bağlı növbəti proqnoz
Tramp: "Bu ölkənin puldan başqa heç nəyi yoxdur"
Tramp Səudiyyə kralını bunu etməyə vadar etdi
Tramp bu təklifi rədd etdi
Neft ölkələrinin hədəfi... - Tramp
Putin əsl centlmendir - Trampdan jest
Tramp Putinlə görüşmək niyyətindədir
Putin Səudiyyə kralı ilə telefonda danışdı
Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki... - Prezident
Tramp: "Ümid edirəm ki, Rusiya vaksini..."
Liderlər yenə görüşəcək?- AÇIQLAMA
Konqres istədiyi qərarı verə bilər - Tramp
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 