ONN media xəbər verir ki, Azərbaycanın kikboks üzrə 4 qat dünya çempionu Anar Süleymanov həbs olunub.
A.Süleymanov arvadı Ş-nı döyməkdə ittiham olunur. İttihama görə, idmançı 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə arvadını döyüb. Əvvəllər tələbəsi olmuş həyat yoldaşı da kikboks üzrə dünya çempionudur.
Xanım polisə izahatında göstərib ki, A.Süleymanovla cəmi 2 ay evli olub: "Həmin müddət ərzində də məni qapalı yerdə saxlayıb, dəfələrlə döyüb. Məni boğaraq dilimi ağzımdan çıxarıb öldürmək istəyirdi. Sonuncu dəfə döyüldükdən sonra qayınanamın evdə olmasından istifadə edib qapını açıb qaçaraq atam evinə qayıtdım. Lakin Anar məni və ailə üzvlərimi ölümlə hədələyirdi. Evli olduğumuz vaxt mənə deyirdi ki, "kriminal aləmin üzvləriyik, biz heç kimdən qorxmuruq". Üzümə yumruqla vururdu, saçımdan tutub evdə sürüyürdü, təpikləyirdi".
Zərərçəkmiş Ş. 17-ci Polis Bölməsinə şikayət edib və A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub.
A.Süleymanov Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi olub.



Olimpiya və dünya çempionu həbs edildi
Aygün Bəylər: "15 yaşımda evdən qaçdım, yoxsa atam məni öldürəcəkdi"
Qaçış üzrə dünya rekordu qırıldı
Dünya çempionuna ərə gedən müğənnimiz boşandı
ŞOK - İş adamı Xoşqədəmə görə arvadını döydü
Bakıda bəy gəlini nikah masasında TƏRK ETDİ
"Survivor" un qalibi bəlli oldu
Azərbaycan millisi dünya çempionu oldu
Dayəlik etdiyi körpələrə işgəncə verən qadın HƏBS EDİLDİ
Azərbaycanda toyda daha bir BİYABIRÇILIQ
Nərminin qatili azad edilir?
Bakıda gəlinin başına elə birşey gəldi ki...-ŞOK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 